Röya “Mətbuatın dostu” nominasiyasında mükafatlandırıldı
|
|
AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Azərbaycan Milli Mətbuatının yaranmasının 136-cı ildönümü ilə əlaqədar “Zümrüd M” prodüser mərkəzinin təşkil etdiyi jurnalistlərin mükafatlandırılma mərasiminə qatılan Röya “Mətbuatın dostu” nominasiyasında mükafatlandırılmasını eşidəndə təəccüblənib. Xeyli vaxtdır jurnalistlərlə küsülü olan müğənni belə bir nominasiyaya layiq olacağına inanmayıb.
Röya isə bunun qarşılığında jurnalistləri təbrik edərək onları doğrudan da özünə dost bildiyini deyib: “Jurnalistlər mənim dostlarım olsalar da, onlara müsahibə verməyəcəyəm. Amma söz vermişəm ki, bir gün onların hamısını bir yerə yığıb, elə açıqlamalar verəcəm ki, qoy susduğum illərin acığını çıxarsınlar. Lakin hələlik məni tərpətməsinlər”.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒