Home » Beynəlxalq, Siyasət, Şou biznes və Mədəniyyət, Ümumi » Rəcəb Tayyip Ərdoğan “Muhteşem Yüzyıl” serialına qarşı…

Rəcəb Tayyip Ərdoğan “Muhteşem Yüzyıl” serialına qarşı…

AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan yenə də “Muhteşem Yüzyıl” serialının tənqidilə yadda qalıb. Türkiyə mətbuatı bildirir ki, hökumət başçısı ad çəkmədən sərt mesajlar göndərib. Ərdoğan bu çıxışını İstanbulda təşkil edilən “Türkiyə İnnovasiya Həftəsi” adı konfransda edib.
O, deyib ki, filmə baxanda Türkiyə tarixinin ancaq müharibələr, intriqalar və hərəmxanadan ibarət olduğunu düşünürsən: “Amma tariximizi gözəlləşdirən, ona damğa vuran, mədəniyyətimizə istiqamət verən qələm və kitablardan heç kim danışmır, danışmaq da istəmir”.
Hirsini boğa bilməyən Ərdoğan deyib ki, milləti, mədəniyyəti məhv etmək istəyənlər buna nail ola bilmədilər. “Amma indi öz əlimizlə öz mədəniyyətimizi məhv etdirirlər”, – deyə Türkiyənin baş naziri qeyd edib.
Türkiyənin baş naziri konfrans zamanı filmlə bağlı fikirlərini açıqlayarkən bir növ xəbərdarlıq da edib: ”Bizimlə bağlı olan bütün planları puç edirik. Bizə geyindirmək istədikləri o dar geyimləri rədd edirik, bu gün artıq qəliblərimizin, üfüqlərimizin sərhədlərini aşırıq. Bu gün dünyanın harasına getsəniz, “Made in Turkey” görə bilirsiniz. Hamı bilsin ki, artıq biz varıq. Biz özümüzə inanan xalqıq”.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*