Home » Beynəlxalq, Siyasət, Ümumi » Nobel mükafatı laureatı İrandakı vəziyyətlə əlaqədar BMT nümayəndəsinə çağırış etdi

Nobel mükafatı laureatı İrandakı vəziyyətlə əlaqədar BMT nümayəndəsinə çağırış etdi


Sülh üzrə Nobel mükafatı laureatı, hüquq müdafiəçisi Şirin İbadi BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhidə məktub yazıb.AgahMedia.Com portalının “Mediaforum”-a istinadən məlumatına görə, məktubunda İranda hüquq müdafiəçilərinin kəskin təzyiq altında olduğunu yazan Şirin İbadi bildirib ki, işindən və peşəsindən məhrum edilən bu şəxslər hər an təhlükə ilə üz-üzə qalırlar: “İranda inqilab məhkəmələrinin çıxardığı hökmlərdən bəlli olur ki, bu ölkədə insan hüquqları uğrunda aparılan hər hansı fəaliyyət ağır cinayət sayılır. Məhz buna görədir ki, hüquq müdafiəçilərini tutub cəzalandırırlar”.
Şirin İbadi “Azadlıq” radiosunun fars redaksiyasına açıqlamasında Əhməd Şəhidə yazdığı məktubundan danışıb: “Əhməd Şəhidin vəzifəsi ondan ibarətdir ki, İranda insan hüquqlarının pozulması hallarını diqqət mərkəzində saxlayaraq bu barədə dəqiq hesabat hazırlayıb, BMT Baş Məclisinə və BMT-nin İnsan Hüquqları Şurasına təqdim etsin. Mən ondan xahiş etmişəm ki, öz vəzifəsini layiqincə yerinə yetirsin. Çünki bu hesabat İranın insan hüquqları sahəsində beynəlxalq qurumlar və dünya ictimaiyyəti qarşısında cavabdehlik daşımasına gətirib çıxara bilər”.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*