Home » Şou biznes və Mədəniyyət, Ümumi » Nigar Camalın klipinin Kiyevdə təqdimatı oldu

Nigar Camalın klipinin Kiyevdə təqdimatı oldu

Ukraynalı rejissor Aleksey Lamaxsın “Eurovision 2011” qalibimiz Nigar Camalın “Crush on you” mahnısına çəkdiyi ilk solo klipi Kiyevdə təqdim olunub. AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, klipin Azərbaycandakı təqdimatından fərqli olaraq Kiyevdə daha maraqlı mərasim təşkil olunub. Belə ki, təqdimat mərasimi Kiyevin “Dante & Byblos” adlı ən dəbli klubunda əyləncəli proqramla düzənlənib. Kiyev təqdimatına klipdə çəkilmiş “Digi-digi” meqahitinin ifaçısı İnusa Davuda da dəvət alıb.
Tədbirdə Moskvanın “Racha” gecə klubunun rezidenti DJ Bliznec və Dj Alfred də iştirak edib. Təqdimat mərasimində ukraynalı dizayner Aıeksandr Vasilyevin dəb nümayişi olub. Sonda isə Nigar Camal “Dante & Byblos” klubunun səhnəsində kiçik konsert proqramı ilə çıxış edib.
“Crush on you” klipinin təqdimatına toplaşan Ukrayna bomondunun və KİV nümayəndələri Nigar Camalı və klipini olduqca isti qarşılayıb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*