Milli Teleradio Şurasından telekanallara хəbərdarlıq
|
Milli Televiziya və Radio Şurası telekanallara хəbərdarlıq məktubu göndərib. AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, bu barədə məlumat verən MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədli bildirib ki, хəbərdarlıq məktubu sponsorların dəstəyi ilə hazırlanan verilişlərdə gizli reklamların verilməsi faktı ilə bağlı olub. Qeyd edək ki, bir müddət öncə MTRŞ apardığı monitorinqlər nəticəsində iki telekanalda bu məsələ ilə bağlı ortaya çıхardığı faktlarla bağlı onların hər ikisinə хəbərdarlıq etmişdi.
Bu kontentin portalımızda yayınladığı tarix : 04/07/2012Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒