Home » Şou biznes və Mədəniyyət, Ümumi » Maykl Ceksonun 13 yaşlı qızı filmə çəkilir

Maykl Ceksonun 13 yaşlı qızı filmə çəkilir

AgahMedia.Com portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Maykl Ceksonun qızı Peris fentezi janrında “London körpüsü və üç açar” adlı filmdə çəkilir. Filmdə real aktyorlarla yanaşı, animasiya personajları da var. Filmin premyerası 2013-cü ildə olacaq.
Perisin doğmaları onun aktrisalıq arzusundan xəbərdar olsalar da, kino karyerasına başlaması üçün 18 yaşınadək gözləməsini istəyirdilər. Lakin Peris filmin Maykl Ceksonun da xoşuna gələ biləcəyini söyləyərək nənəsi Keti razı sala bilmişdi.
Amerika KİV-lərinin yazdığına görə, filmdən əldə olunan vəsaitin bir hissəsi ABŞ-dakı ehtiyacı olan məktəblərə ayrılacaq.
Xatırladaq ki, Maykl Cekson kinoekranda ilk dəfə 20 yaşında görünüb. Müğənni bu yaşında “Biz” filminə çəkilib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*