Mərkəzi Bank “Bank of Baku” barəsində açıqlama yaydı
|
“Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Mərkəzi Bank tərəfindən guya “Bank of Baku” ASC-nin lisenziyasının geri çağırılması ilə bağlı məlumatlar verilməkdədir. Mərkəzi Bank bildirir ki, “Bank of Baku” ASC-nin maliyyə vəziyyəti sabitdir, likvidlik mövqeyi yüksəkdir, kapitallaşma səviyyəsi adekvatdır. Bankın əmanətçiləri və kreditorlarının narahatçılığına səbəb ola biləcək heç bir əsas yoxdur.”
AgahMedia.Com informasiya portalının məlumatına görə, Mərkəzi Bankın açıqlamasında həmçinin, bildirilir ki, “Bank of Baku” ASC normal fəaliyyətini davam etdirir, bankın lisenziyasının geri çağırılması məlumatı həqiqətə uyğun deyil və bu məsələ ümumiyyətlə gündəlikdə deyil.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒