Korrupsiya ilə mübarizə üçün 11 layihəyə 50 000 manat ayrıldı
|
|
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının korrupsiya ilə mübarizə sahəsində QHT layihələrinin maliyyələşdirilməsi üçün elan etdiyi maliyyə yardımı müsabiqəsi yekunlaşıb. AgahMedia.Com portalının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından aldığı məlumata görə, ümumi fondu 50 000 manat olan müsabiqəyə 51 layihə təklifi daxil olmuş, bütövlükdə Şuradan tələb edilən məbləğ 415 000 manat təşkil etmişdir.
Şura ekspert rəylərini və QHT-lərin əvvəlki illərdə həyata keçirdiyi layihələrin icra vəziyyəti haqqında katibliyin hazırladığı arayışları nəzərə alaraq, 11 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul etmişdir. Müsabiqə qaliblərinin siyahısı Şuranın qhtxeber.az və cssn.gov.az saytlarında yerləşdirilmişdir.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒