Home » İdman, Ümumi » FİFA, UEFA və AFFA prezidentləri Bakıda mətbuat konfransı keçirdilər

FİFA, UEFA və AFFA prezidentləri Bakıda mətbuat konfransı keçirdilər

Bakıdakı “Excelsior” mehmanxanasındaAzərbaycan futbolunun 100 illik yubileyinə və 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə ölkəmizdə keçiriləcək dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib. AgahMedia.Com portalının “SƏS” informasiya agentliyinə istinadən məlumatına görə, mətbuat konfransında FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini və AFFA-nın prezidenti Rövnəq Abdullayev iştirak ediblər.
AFFA-nın prezidenti Rövnəq Abdullayev qonaqları salamlayıb, ölkəmizdə futbola göstərilən dövlət qayğısından, FİFA və UEFA-nın Azərbaycana göstərdiyi dəstəkdən danışıb.
UEFA-nın prezidenti Mişel Platini yüksək səviyyədə inşa olunan “Dalğa Arena”nın açılışında iştirak etdiyini və stadionun mərkzədə deyil, dəniz kənarında istifadəyə verilməsini yüksək qiymətləndirib. M.Platini qeyd edib ki, istifadəyə verilən yeni stadion Azərbaycanda uşaq futbolunun inkişafına təkan verəcək. Bu stdaionun dəniz kənarında inşası həm də çimərlik futboluna da öz töhfəsini verəcək: “Azərbaycanlılar fəxr etməlidirlər ki, ölkə başçısı İlham Əliyev futbol infrastrukturunun inkişafına qayğı ilə yanaşır”.
FİFA-nın prezidenti Yozef Blatter Azərbaycanda futbol sahəsində görülən işləri yüksək qiymətləndirib, 2012-ci ildə qızlardan ibarət komandalar arasında dünya çempionatının yüksək səviyyədə təşkil olunacağına əmin olduğunu bildirib. FİFA-nın prezidenti qeyd edib ki, AFFA rəhbərliyinin təşəbbüsünün nəticəsidir ki, Azərbaycan17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatına ev sahibliyi edəcək: “Bu, qadın futbolunun inkişafından da xəbər verir. Biz ölkə başçısı İlham Əliyevlə də görüşdük. Bu görüşdə Prezident bir daha futbola həmişə dəstək olacağını qeyd etdi. Bu çox sevindirici haldır”.
Y.Blatter bildirib ki, bu yaxınlarda FİFA-ya prezident seçkilərində onun namizədliyini dəstəkləyən ölkələrdən biri də Azərbaycan idi: “Bunun üçün Azərbaycana öz təşəkkürümü bildirirəm. Azərbaycanın 100 illik futbol tarixinə adını qızıl hərflərlə yazan bir insan var. Bu da Tofiq Bəhramovdur. Çox sevindirici haldır ki, 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə yığmasının vurduğu və məhz Tofiq Bəhramovun oyunun baş hakiminə işarəsindən sonra qeydə alınmış qolun müəllifi Ceff Herst və həmin oyunda Almaniya millisinin qapısını qoruyan Hans Tilkovski yubiley tədbirlərində iştirak edirlər.
Sonda FİFA-nın prezidenti AFFA-nın prezidentinə təmsil etdiyi qurumun bayrağını və xüsusi medalı təqdim edib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*