Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » İsveçrə hökumətindən “Bitcoin”ə böyük dəstək

İsveçrə hökumətindən “Bitcoin”ə böyük dəstək

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_BitcoinAgahMedia.Com informasiya portalının Mincom.gov.az saytına istinadən məlumatına görə, İsveçrə hökuməti parlamentin 45 üzvü tərəfindən “Bitcoin” rəqəmli valyutasının dollar və ya avro kimi qanuni xarici valyutalara bərabərləşdirilməsi ilə bağlı verilən təklifə səs vermək niyyətindədir. Təklif rəqəmli sabitlik məsələləri üzrə parlament qrupu tərəfindən irəli sürülüb. ITExpert.org.ua resursu xəbər verir ki, təklifdə İsveçrə hökumətinin “Bitcoin”in ölkənin maliyyə sektorunda istifadə olunmasının mümkünlüyünün nəzərdən keçirilməsi və rəqəmli valyutanın ƏDV-yə, qiymətli kağızlar və çirkli pulların yuyulması ilə mübarizəyə dair qanunvericiliyə uyğunluğunun hüquqi statusunun dəqiqləşdirilməsi çağırışı yer alıb.Təşəbbüs parlament tərəfindən bəyənilsə, analoji məsələ İsveçrə İcra Hakimiyyəti və Federal Məhkəmə qarşısında qaldırılacaq.
“Bitcoin”in İsveçrədə nüfuzunun artırılması məqsədilə ilk addım kimi ianələr rəqəmli valyutada qəbul olunmağa başlayıb.
Xatırladaq ki, “Bank of America” analitikləri “Bitcoin” virtual valyutası haqqında ilk hesabat dərc ediblər. Hesabatda deyilir ki, “Bitcoin” böyük potensiala malikdir və internetdə əsas ödəniş vasitəsi ola bilər.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Odur ki, rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar sadəcə anonim şəklində olur.


Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*