İşləmək üçün Avropaya gedənlərə və ya getmək istəyənlərə 5 vacib məsləhət…
|
Xaricdə yüksək maaşlı və rahat iş çoxlarının arzusudur. Bəziləri buna ümumiyyətlə ölkədən köçüb xaricdə yaşamağın bir yolu kimi baxır. Bəs xaricdə iş tapmaq asandırmı, orada hansı peşələrə tələbat var, ölkədən kənarda, tanış olmayan mühitdə iş axtaranda hansı məsələlərə diqqət yetirmək lazımdır?… AgahMedia.Com informasiya portalı FED.Az resursuna istinadən, faydalı olacaq 5 vacib məsləhəti təqdim edir…
1-ci məsləhət: ÖZ VƏRDİŞ VƏ BACARIQLARINIZI DÜZ QİYMƏTLƏNDİRİN
Ölkələrin əksəriyyətində, tələbat olan peşələrin siyahısı oxşardır.
Yüksək səviyyəli mütəxəssislər. Maliyyəçilər, həkimlər, mühəndislər, memarlar, müəllimlər, peşəkar tərcüməçilər, IT-mütəxəssislər, energetiklər, marketoloqlar.
Konkret istiqamətli mütəxəssislər. İlk növbədə tikini-texniki peşəli insanlara tələbat var. Bunlar bənna, frezerçi, elektrik, santexnik, montajçı, dülgər, suvaqçı və sairdir. Eləcə də demək olar ki, hər yerdə sürücülərə, aşpazlara, satıcılara, satış və alış menecerlərinə, tibb bacılarına, təcrübəli sosial sahə işçilərinə (dayə, uşağa və ya xəstəyə baxan) tələbat var.
Xüsusi bilik və bacarığı olmayan işçilər. Ümumi hallarda məhsul yığımı, fəhlə, xidməti personal, salon administratorları, və satıcılar tələb olunur. Kurort ərazilərində isə turizm və otel biznesi üçün mövsümi işçilər tələb olunur. Ölkədə çoxsaylı fabrik-zavod varsa, (Çexiya və Almaniyada olduğu kimi), dəzgah və texnika oeratorlarına, qablaşdırıcılara və başqa peşələrə tələbat daimi olacaq.
İlk baxışdan siyahı böyükdür və xaricdə iş tapmaq o qədər də çətin olmayacaq, amma bir neçə nüans var.
1. Rəqabət. Peşə nə qədər defisitdirsə – rəqabət də aşağı olacaq. Məsələn, Finlandiya və Çexiyada həkimi əlli-ayaqlı aparacaqlar. Çünki bu sahədə mütəxəssis çatışmır: mövcud olan həkimlər qocalır, gənclər isə daha yüksək maaş olan ölkələrə üz tuturlar.
Son illər Avropanın demək olar ki, bütün ölkələrində tikinti və istehsalat sahələrinin inkişafı ilə əlaqədar olaraq texniki peşələrin bumu davam edir. İstənilən halda, əgər siz yaxşı və təcrübəli mütəxəssissinizsə, səviyyəniz yüksək, sahəniz isə dar sahədirsə, iş tapmaq çətin olmayacaq. Mövsümi işə düzələndə isə nəzərə alın ki, sizin yerinizə başqa ölkələrdən gəlmək istəyənlər olduqca çoxdur. Yerlilər sizinlə rəqabət aparmayacaqlar, çunki sizin işiniz onlara maraqlı deyil, yerlilər daha üyüksək maaş və iş şəraiti olan iş axtarırlar.
2. Maaş. Yüksək səviyyəli işçilərin maaşları xüsusi biliyi olmayanlarla müqayisədə 2-5 dəfə yüksəkdir. Orta texniki təhsili olan, amma təcrübəli işçilər də yüksək maaş alır.
3. Viza. Yüksək səviyyəli mütəxəssislərin çox mühüm üstünlüyü var – onlar Avropa İttifaqının əksər ölkələrində işçi viza əvəzinə Blue Card almaq imkanına malikdirlər (İrlandiya, Danimarka və Böyük Britaniyadan başqa. Mavi kart işə düzəlmə və sonradan vətəndaşlıq alınması prosesini xeyli sadələşdirir, ailəni tezliklə özünlə gətirməyə imkan verir və təkcə bir ölkədə deyil, bir neçə ölkədə işləməyə imkan yaradır. Böyük Britaniyada «Mavi kart»ın analoqu Tier 1 adlanır. Bu viza yüksək səviyyəli mütəxəssislərə ölkəyə sadələşdirilmiş variantla köçməyə şərait yaradır.
Yüksək səviyyəli işçilərə yad ölkədə iş tapmaq daha asandır, onlara daha yaxşı iş şəraiti təklif edirlər. Amma bir məqam var – bəzi ixtisaslar (mühəndis, həkim, hüquqşünas, müəllim və sair) üzrə diplomun təsdiqlənməsinə ehtiyac var. Belə tələb demək olar ki, bütün ölkələrdə mövcuddur.
Məsələn, Almaniyaya həkimlər çox lazımdır, amma işə düzəlməzdən əvvəl xarici mütəxəssislər öz diplomlarını təsdiqlətməlidirlər.
Bir qayda olaraq diplom təsdiqi proseduru – çox pilləli və uzundur, burada bütün sənədlərin tərcüməsi, bəzən ixtisaslaşmış imtahanların verilməsini və attestasiyadan keçməyi tələb edir.
Yeri gəlmişkən, bəzi ölkələr gələn qonağın köçmək qəbul edilib edilməyəcəyi şansını əvvəlcədən öyrənməyə imkan yaradır. Məsələn, Kanadanın hökumət portalında testdən keçmək olar. Bu test müəyyən edir ki, sizin köçmək şansınız varmı və köçmək üçün hansı immiqrasiya proqramını seçmək daha yaxşıdır.
2-ci məsləhət: XARİCİ DİLİ ÖYRƏNİN
Bir ölkədə sizə bilik az lazım olar, başqa bir ölkədə daha çox lazım olar, hər şey ölkədən və vəzifədən asılıdır. Amma hara getməyinizdən asılı olmayaraq heç olmasa ingilis dilini öyrənmək lazım gələcək. Ən yaxşı variant yerli dili öyrənməkdir
1. Yerli dili öyrənmək sizin üçün çox vacibdir – əgər siz öz peşənizə görə yerli sakinlərlə çox kontaktda olacaqsınızsa (həkim, satıcı, sosial işçi, mühəndis və sair..). Dilin baza biliklərini bilmək kifayət etmir, bu yalnız mövsümi işlərdə kömək ola bilər.
2. İngilis dili o vaxt kömək edər ki, siz beynəlxalq şirkətdə işləyəsiniz. Bu daha çox IT-mütəxəssislər, logistiklər, yük avtomobilləri sürücülərinə aiddir.
3. Bundan başqa, bəzi dövlətlər ölkəyə köçənləri yerli dil imtahanına cəlb edirlər.
Bolqarıstanda bu yüksək səviyyəli işçilərə aiddir.
Britaniyada isə vəzifədən asılı olmayaraq rəsmi işə düzəlmək üçün ingilis dili biliyi üzrə sertifikat almaq lazımdır. Burada ingilis dilini V1 səviyyəsindən aşağı olmayaraq bilmək tələb olunur Ən yaxşısı isə əlavə xarici dil də bilməkdir.
Almaniyada hətta eksperimental proqram tətbiq edilib. Proqrama əsasən, alman dilindən 100 bal yığanlar Baden-Vürtemberqdə işləmək icazəsi alır. Bunun üçün alman dilini V2 səviyyəsində bilmək kifayətdir.
Xarici dilləri bilmək sizin imkanlarınızı genişləndirir. Məsələn hətta qardaş Türkiyəyə mövsümi işə gələndə də, ingilis dilini yaxşı bilirsinizsə, sizi daha prestijli və xarici qonaqlı otelə dəvət edəcəklər, yəni gəliriniz daha yüksək olacaq. Kanadada yerli sakinlər sizin ingiliscə öyrənəcəyinizi gözləməyəcəklər, onlar sizinlə eyni dildə danışa bilməsələr, sadəcə sizin təklif etdiyiniz xidmətlərdən imtmna edəcəklər.
Xarici dili yaxşı bilmək təkcə çox qazanmağa deyil, kolleqalarla da yaxşı münasibət qurmağa imkan verəcək.
3-cü məsləhət: TƏŞƏBBÜSKAR OLUN
Əksər hallarda sizin yerli və xarici iş saytlarını, sosial şəbəkələri axtarmanız kifayət etmir. Özünüz də təşəbbüskarlıq göstərməlisiniz.
Turist olun. Gedəcəyiniz ölkəyə əvvəlcə turist kimi səfər edin, yerli elanları öyrənin, məşğulluq mərkəzlərinə və vakansiya yarmarkalarına gedin. Yerli iş bazarını daxildən araşdırın və öyrənin ki, sizə tələbat nə qədərdir və iş tapa bilməniz realdırmı.
İşəgötürəni özünüz tapın. Tez-tez vakasiyaları açılan iri yerli şirkətləri axtarıb tapın. Bunlar şəbəkə restoranları, IT-şirkətlər, istehsal sahələri, otel şəbəkələri və sair ola bilər. Yerli saytları diqqətlə axtarın. Bəzi təşkilatlar hətta boş iş yeri olmayanda da iş axtaranlardan SV istəyirlər. Bu imkandan istifadə edin: ingilis və yerli dildə səliqəli SV hazırlayın və onu maraqlandığınız bütün şirkətlərə göstərin.
Rəsmi mənbələrə müraciət edin. Hər ölkədə dövlət portalları və məşğulluq xidmətləri var. Burada təkcə vakansiyalar göstərəlməyib, həm də SV yükləmək, eləcə də, işlə bağlı aktual informasiya və sənədlər haqqında məlumat almaq olar. Britaniyada bu Dlə GOV.UK, İtaliyada – Cambio Lavoro, Almaniya üçün – JobBorse, Kanada üçün JobBank, İspaniya üçün SEPE, Finlandiya üçün TE-palvelut, İsveçrə üçün Job-Room-dur.
Öyrənməkdə və oxumaqda davam edin. Əgər sizdə hələ oxumaq həvəsi bitməyibsə, unutmayın ki, yerli ali məktəbə daxil olmaq və tələbə vizası ilə ölkəyə gəlmək olar, paralel olaraq əerli əmək bazarını araşdırmaq və işə düzəlib qazanmaq olar. Məsələn, Çexiyada hətta xaricilər yerli universitetlərdə pulsuz oxuya bilərlər, əgər bütün imtahanları çex dilində verə bilsələr (dil öyrənmək üçün daha bir səbəb). Eləcə də dil kurslarına yazılıb, uzunmüddətli viza almaq olar.
Köçəcəyiniz ölkədə stajor kimi işləyin. Stajçı kimi işləmək təkcə tələbələr üçün deyil, artıq işləyənlər üçün də var. Baxmayaraq ki, bir-iki ilə yüksək maaş almayacaqsınız, əvəzində dil biliklərinizi təkmilləşdirmək, yerli əmək bazarına uyğunlaşmaq, yerli sakinlərin mentaliteti ilə tanış olmaq, yerli həyatı öyrənmək imkanı qazanacaqsınız. Və dəqiqləşdirəcəksiniz ki, bu ölkəyə gəlməyinə dəyər ya yox.
İxtisaslaşdırılmış proqramlar axtarın. Məsələn, Fransada beynəlxalq Au Pair proqramı var. Bu proqram əsasında 18-30 yaşlı gənclər bir müddət yerli ailələrdə (yəni fransız ailələrində) işləmək imkanı qazanırlar. Məsələn, xarici tələbə həftədə 30 saatdan artıq olmamaq şərtilə evdə müəyyən işləri yerinə yetirir. Onun istirahət günü və məzuniyyəti olur. Əvəzində pulsuz yaşayış, qidalanma və cib xərcliyi əldə edir. Belə proqramlar 6-18 aylıq olur, bir şərtlə ki, işçi həm də fransız dili kurslarına getməlidir.
Sosial şəbəkələrdən yaxşı istifadə edin. Ən yaxşı variant LinkedIn-də profil yaradıb inkişaf etdirməkdir. Əvvəla, bu halda özünüzə aid olan bütün məlumatı ingiliscəyə tərcümə etmiş olursunuz. İkincisi, vaxınızı təcrübənizin, vərdişlərinizin və təhsilinizin təsvirinə həsr edin. Üçüncüsü bir az hiyləgərlik edin, sosial şəbəkədə öz yerinizi dəyişib, getmək istədiyiniz ölkəni göstərin ki, işçi axtaranlar sizi daha tez tapsınlar.
Perspektiv yerləri öyrənin. Əksər hallarda ölkənin fərqli ərazilərində iş tapmaq imkanı və maaş səviyyəsi fərqli olur. Məsələn, Böyük Britaniyaya köçmək istəyənlər Londona və ölkənin cənub-şərqinə üz tutmalıdırlar, İsraildə yaşayanlar isə Yerusəlim, Təl-Əviv, Hayfa və Aşdod şəhərlərinə diqqət yetirsinlər. İtaliyada isə ölkənin şimal regionları sərfəlidir: cənubda həm maaşlar aşağıdır, həm də vakansiyalar daha çox mövsümi işlərə aid olur.
Paytaxtlarda vakansiyalar daha çox olur, amma burada rəqabət də yüksəkdir.
4-cü məsləhət: İŞ İCAZƏSİ ALMAĞI DA YADDAN ÇIXARMAYIN
Dünyanın bütün ölkələrində iş icazəsi almaq prosesi bir-birinə oxşayır.
1. Yaxşı iş təklifi tapın, söhbətə gedin, işəgötürənlə şərtləri müzakirə edin.
2. Bundan sonra işəgötürən yerli məşğulluq xidmətini inandırmalıdır ki, sizin vəzifənizə yerli mütəxəssis və ya Avropa İttifaqından olan birini tapa bilmir. Bunun üçün həmin şirkət (yəni işəgötürən, işçi axtaran) ölkənin bununla bağlı rəsmi portalında vakansiya elan edir. Müəyyən müddətdən (1-3 ay çəkir) sonra, müraciət edən olmadıqda, həmin şirkət məşğulluq xidmətinə müraciət edərək sizin namizədliyinizin təsdiqlənməsi üçün ərizə verir. Ərizədə bütün şərtlər göstərilməlidir.
3. Hər şey qaydasında olsa, sizinlə əmək müqaviləsi bağlayacaqlar, iş icazəsi verəcəklər və siz işçi vizası alacaqsınız. Ölkəyə gəldikdən sonra siz müvəqqəti yaşayış izni almaq üçün yerli polis şöbəsində qeydiyyata düşməlisiniz.
Bu sxem yalnız üç halda işləmir: əgər siz qısa müddətdə və mövsümi işlərdə çalışırsınızsa (bu halda başqa viza verilir), əgər siz Blue Card almağa namizədsizinsə, və nəhayət sizin peşəniz hansısa ölkədə defisit peşələr sırasındadırsa.
Yəni, məsələn, Polşada iş icazəsi almaq 6 aya qədər vaxt aparırsa, vizanın açılması üçün işəgötürənin dəvəti – urzędzie pracy – kifayət edir. Böyük Britaniya da isə məsələ daha mürəkkəbdir. Burada işəgötürənlə razılaşdıqdan sonra və vakansiyanın mətbuatda elan edilməsindən sonra, sponsor sertifikatı da tələb olunur. Bu sertifikatı almaq üçün işəgötürənin müvafiq lisenziyası olmalıdır.
5-ci məsləhət: ARZULARINIZI REALLIQLARLA TUTUŞDURUN
Söhbət köçmək istədiyiniz ölkədəki maaşlardan və qiymətlərdən gedir. Hara köçmənizdən asılı olmayaraq ümumi qaydalar eynidir.
Ən yüksək maaşlar yüksək səviyyəli əməyə görə ödənilir. Ən böyük maaşlar həkimlərə, IT-mütəxəssislərə, mühəndislərə, memarlara, maliyyəçilərə, top-menecerlərə və təcrübəli müəllimlərə ödənilir.
Dar profilli sahələrin mütəxəssislərinə də yüksək tələbat var və böyük maaş ödənilir. Yəni tikinti mütəxəssisləri, uzaq məsafələrə sürən sürücülər, texniklər.
Mövsümi işçilər, eləcə də, xüsusi biliyi və vərdişi olmayan insanlar çox işləməlidirlər və az maaş alırlar.
Ayrı-ayrı ölkələrdə maaşlar və tələbat
Almaniyaya baxaq. Burada orta maaş 2225 avrodur. Həkimlər və mühəndislər müvafiq olaraq 5000 min avro və 3500–4000 avro alırlar. Ofisiantlar isə cəmi 1000-1200 avro maaş alırlar. Mətbəxdəki köməkçilər, xadimələr, baxıcılar və təcrübəsiz dayələr də təqribən o qədər qazanırlar. Halbuki, bu ölkədə komfortlu yaşamaq üçün, icarəyə götürülmüş evdə yaşayanların, hərdən bir evdən kənarda qidalanıb əylənməsin də nəzərə alanda, ayda azı 1300-1500 avro gəliri olmalıdır
Çexiyada vəziyyət bi qədər fərqlidir. Vergilər çıxılmamışdan burada orta maaş 1000 avrodur. Xadimələr, mühafizəçilər, ofisiantlar, otel işçiləri orta hesabla 420-460 avro qazanırlar. Həkim və mühəndislər 1400 avro, tikinti mütəxəssisləri 700 avro qazanırlar. Çexiyada kirayədə yaşayıb dolanmaq üçün isə minimum 500-750 avro tələb olunur.
Daha bir misal – Polşa. Burada orta maaş vergilərin çıxılmasından sonra 780 avrodur. Xadimələr, bərbərlər, dərzilər və satıcılar orta hesabla 500 avro qazanırlar. Frezerçilərdə maaş yüksəkdir – 700–1 000 avro. Həkimlər 1500 avro, IT-mütəxəssislər isə orta hesabla 2 000 avro qazanırlar. Bununla yanaşı, bu ölkədə kirayədə qalıb normal yaşamaq üçün ayda azı 500-600 avro tələb olunur.
Bu kontentin portalımızda yayınladığı tarix : 07/08/2019Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒