Home » Beynəlxalq, Siyasət, Ümumi » İranın iqtidaryönlü saytı Dağlıq Qarabağ bölgəsini müstəqil ölkə kimi təqdim etdi

İranın iqtidaryönlü saytı Dağlıq Qarabağ bölgəsini müstəqil ölkə kimi təqdim etdi

İranın iqtidaryönlü saytlarından olan “Parsine.com” saytı oktyabrın 8-də yaydığı bir məlumatda Azərbaycanın erməni işğalında olan Dağlıq Qarabağ bölgəsini müstəqil ölkə kimi təqdim edib.
AgahMedia.Com informasiya portalının “Mediaforum”-a istinadən məlumatına görə, “10 ölkə var ki, bəlkə sizin onların varlığından xəbəriniz yoxdur” başlıqlı yazının girişində deyilir: “Dünyada bir sıra çox kiçik ölkə var ki, ola bilsin, siz bu günə qədər onların adlarını eşitməmisiniz. Həmin kiçik ölkələrin əhalisi də azdır. Bu da sizin onlar haqqında heç nə bilməməyinizə səbəb olub. Buna baxmayaraq onlar dünyada mövcuddur. Biz burada həmin kiçik ölkələrdən 10-unu sizə təqdim edirik”.
Bu izahatdan sonra “ölkələr”in sıra ilə adları sadalanır və onlar haqda kiçik məlumat verilir.
Birinci Dağlıq Qarabağdan bəhs olunur. Xankəndidən verilən bir şəkilin üzərində separatçı rejimin bayrağı, ingilis dilində isə bu qondarma respublikanın əhalisi, sahəsi və “paytaxt”ının adı (Stepanakert) verilir. Şəkilin altında isə fars dilində bunlar yazılıb: “1. Naqorno Karabax. Əhalisi: 110.000. Ümumi sahəsi: 4424.102 kvadrat mil. Mərkəzi: Stepanakert. Bu respublika Ermənistanla Azərbaycan arasında yerləşir, başqa heç bir ölkəyə bağlı deyil. Əhalisinin 95 faizi ermənilərdən, qalanları isə yunanlarla kürdlərdən ibarətdir”.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*