Home » Beynəlxalq, Siyasət, Ümumi » “İran Air”ə sanksiya qoyuldu

“İran Air”ə sanksiya qoyuldu

ABŞ İranın aviasiya şirkəti “İran Air”ə sanksiya qoyub. AgahMedia.Com portalının “Media forum”-a istinadən məlumatına görə, bunu ABŞ-ın Maliyyə Nazirliyi bəyan edib.Bəyanatda bildirilir ki, “İran Air” beynəlxalq sanksiyaları pozur, İran İnqilab Keşikçiləri Korpusu (“Sepah”) ilə əməkdaşlıq edir, həmçinin Livan “Hizbullah”ına yardım göstərilməsində iştirak edir.Bəyanata görə, “Sepah” və İranın Müdafiə Nazirliyi “İranAir”in reyslərindən qanunsuz silah-sursat daşınmasında yararlanır.ABŞ Maliyyə Nazirliyi həmçinin “Sepah”a məxsus olan iri nəqliyyat şirkətinə də sanksiya qoyduğunu açıqlayıb. Maliyyə Nazirliyinin məlumatına görə, “Sepah” bu şirkətdən qanunsuz yük daşımaq üçün faydalanır. Nazirliyin sanksiyasına məruz qalan digər qurum İranın “Mehr” İnvestisiya Şirkətidir. Bu şirkət “Sepah” və “MehrBank”la əməkdaşlıqda günahlandırılır.
ABŞ Maliyyə Nazirliyinin bəyanatında o da bildirilir ki, “Layner Transport Kiş” gəmiçilik şirkəti vasitəsilə Livan “Hizbullah”ına hərbi silah-sursat, eləcə də digər yardımlar göstərən İran vətəndaşı Behnam Şəhriyariyə də sanksiya qoyulub.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Tags:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*