Home » Texno, Ümumi » Google Maps pullu olacaq…

Google Maps pullu olacaq…

AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə,Google Maps linklərini saytlarında yerləşdirənlər xidmət üçün pul ödəməli olacaqlar. Məlumata görə, bu, xidmətin həddindən artıq yüklənməsilə bağlıdır.
2012-ci il yanvarın 1-dən Google özünün Google Maps API onlayn xəritə xidməti üçün ödəniş tətbiq edəcək. Bu ödənişlərin həyata keçirilməsi üçün öncə limit tətbiq olunacaq, belə ki, 25 min xəritə limiti keçildikdə, şirkət istifadəçilərindən haqq alacaq.
Bir çox vebsyatlar, xüsusilə də turizm şirkətləri Google Maps xidmətindən öz müştərilərinə səyahət etmək istədikləri yerləri görmələri üçün linklər yerləşdirməklə istifadə edir.
Bəzi məlumatlara görə, Google limit keçildiyi zaman xəritəyə hər 1000 baxış üçün 4 dollar ödəniş tətbiq edəcək.
Google deyir ki, bir istifadəçinin xəritəyə 25 min dəfə baxmaq imkanı olduğundan, yeni ödənişlər istifadəçilərin yalnız 0,35 faizinə aid ediləcək.
Maps API xidmətinin məhsul meneceri Thor Mitçel deyib: “Biz yeni qaydaların narahatlıq yarada biləcəyindən xəbərdarıq”.
Ancaq o, xəritə xidmətindən artan istifadəni nəzərə alaraq, onun gələcəyi və xidmətin daima işləməsini təmin etmək üçün belə tədbirlərə ehtiyac olduğunu əlavə edib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*