Home » Beynəlxalq, Maraqlı, Sosial, Ümumi » Dünyanın 7 milyardıncı sakini doğuldu…

Dünyanın 7 milyardıncı sakini doğuldu…

AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə,dünyanın 7 milyardıncı sakini hesab olunan körpə Hindistanda doğulub – uşaq haqları qrupu Plan International belə deyib.
Nərgiz adlı uşaq Hindistanın Uttar Pradeş ştatında yerli vaxtla səhər saat 07.25-də dünyaya gəlib.
Plan International deyir ki, Nərgiz simvolik olaraq 7 milyardıncı sakin seçilib, çünki əslində 7 milyardıncı uşağın harada doğulduğunu dəqiqləşdirmək mümkün deyil.
Bazar ertəsi səhər Filippin də Manila xəstəxanasında doğulmuş qız körpəni simvolik olaraq 7 milyardıncı sakin elan edib.
Birləşmiş Millətlər Təşkilatı bazar ertəsi, oktyabrın 31-də dünya əhalisinin sayının 7 milyarda çatacağını bildirmişdi.
Hindistanda hər dəqiqə 51 uşaq doğulur, onlardan 11-i ən çox sakinin yaşadığı Uttar Pradeş ştatında dünyaya gəlir.
Kasıb fermerin qızı Nərgiz dünyanın diqqətini Hindistanda hər il minlərlə dölün, qadın cinsinə mənsub olduqları üçün abort edilməsi probleminə cəlb etmək məqsədilə 7 milyardıncı sakin seçilib – bunu Plan International deyir.
Rusiyada 3 nəfər
Rusiyada bazar ertəsinə keçən gecə doğulmuş 3 uşaq da dünyanın 7 milyardıncı sakini sertifikatı alıblar. Onlar Petropavlovsk-Kamçatkada, Kalininqradda və Sankt Peterburqrda doğulublar.
“Proqnozlara görə, 7 milyardıncı sakinin hansı ölkədə doğulacağını dəqiq demək mümkün deyil. Buna görə də, BMT hər ölkəyə özünün 7 milyardıncı sakininin dünyaya gəlişini qeyd etmək təklifi verib” – BMT nümayəndəsi Lidiya Bardakova BBC-ə bildirib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*