Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial, Ümumi » Gəncədə Ərdəbil məhsulları sərgisi keçiriləcək

Gəncədə Ərdəbil məhsulları sərgisi keçiriləcək

Gəncədə Ərdəbil əyalətinin sənaye məhsulları və ticarət üzrə sərgi təşkil olunacaq. AgahMedia.Com portalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, İranın Ərdəbil əyalətinin Ticarət, Mədən və Sənaye Təşkilatının xarici əlaqələr üzrə sədr müavini Südeyf Beygzadə bildirib ki, sərgi 2015-ci il fevralın 26-dan martın 3-dək keçiriləcək. Onun sözlərinə görə, sərginin ümumi sahəsi 1000 kvadratmetr olacaq: “Sərgidə Ərdəbil əyalətinin sənaye malları, kənd təsərrüfatı avadanlıqları və məhsulları, ərzaq məhsulları, bal, quru meyvələr və xalçalar nümayiş olunacaq”.
S.Beygzadə keçiriləcək sərginin İranla Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olacağını vurğulayıb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*