Home » Biznes sfera və iqtisadiyyat, Texno, Ümumi » Galaxy S III 2012-ci ilin ən yaxşı smartfonu seçildi

Galaxy S III 2012-ci ilin ən yaxşı smartfonu seçildi

AgahMedia.Com informasiya portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, bu günlərdə Barselonada keçirilən Mobile World Congress sərgisinin təşkilatçısı qismində çıxış edən GSM Assosiasiyası ötən ilə yekun vuraraq 36 nominasiyada Global Mobile Awards mükafatının qaliblərini müəyyən edib.
“Geniş coğrafiyası, innovativ funksiyalar və NFC texnologiyasının dəstəklənməsi”nə görə Samsung Galaxy S III modeli münsiflər heyəti tərəfindən ən yaxşı smartfon seçilib.Mobil funksionallığa malik ən yaxşı istehlak elektron qurğu Samsung Galaxy Camera fotoaparatı olub. Şərhlərdə qeyd olunur ki, Samsung yaxşı kompakt kameranın və 3G/4G qurğuların funksiyalarını Android 4.1 əməliyyat sistemi ilə bir araya gətirə bilib.
Koreya istehsalçısı – Samsung həmçinin “Ən yaxşı mobil istehsalçı” nominasiyasında qalib seçilib.
Münsiflər heyətinin qərarına görə, ən yaxşı adi mobil telefon Nokia Asha 305 modeli, ən yaxşı planşet isə Google Nexus 7 planşet kompüter modeli seçilib.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*