“Bakcell” şirkəti 3G xidmətlərinə hazırlıq üçün sınaq mərhələsini həyata keçirir

Mobil operatorun noyabrın 18-də yaydığı məlumatda deyilir ki, test rejimi ölkənin 62 şəhərində aktivləşdirilib. AgahMedia.Com informasiya portalının “Mediaforum”-a istinadən məlumatına görə, proses noyabrın 3-də – 3G lisenziyasının verilməsindən və radiotezliklərin test rejimində istifadəsinə dair B&BTV şirkəti ilə müvafiq protokolun imzalanmasından sonra başlayıb. Faza-1 ərzində 3G xidmətləri 1000 nəfər daxili istifadəçi, yəni bütün “Bakcell” əməkdaşlarının nömrələri …

Azərbaycan ərazisinin 85 faizindən çoхunda rəqəmsal yayım mövcuddur

Artıq ölkə ərazisinin 85 faizindən çoхunda rəqəmsal yayım həyata keçirilir. Amma əhalinin neçə faizinin anoloq yayımdan yoх, rəqəmsal yayımdan yararlandığı məlum deyil. Dekoderi olan istehlakçı bu хidmətdən istifadə edə bilər. AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə, Milli Televiziya və Radio Şurasının teхniki şöbəsindən bildirilib ki, rəqəmsal yayıma keçmək üçün bütün teхniki işlər həyata keçirilib. …

Rəsmi Vaşinqton “Twitter” və “Facebook” da kəşfiyyat aparır

AgahMedia.Com informasiya portalının İTV-yə istinadən məlumatına görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) “Facebook” sosial şəbəkəsinin çatlarında və “Twitter”in mikrobloqlarında yazılanları izləyir. MKİ-nin Kəşfiyyat Mərkəzinin direktoru Dak Nakuin belə bir etiraf edib. Kəşfiyyatçılar şəbəkəyə “Qisasçı kitabxanaçılar” adı ilə girərək, bloqlarda yazılanlara əsasən insanların əhval- ruhiyyələrini müəyyələşdirir. Hər gün ərəb dilindən tutmuş çin dilinə qədər 5 milyondan …

Çin hakimiyyəti internet üzərində nəzarəti artırır

AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, Çin hakimiyyəti İnternetdə senzuranı gücləndirib. Bundan sonra şəbəkədə yerləşdirdiyi qeyri-dəqiq informasiyaya görə, istənilən internet istifadəçisi həbsxanaya düşə bilər. Bu yaxınlarda Yunnan əyalətindən olan tələbə baş vermiş qətl haqda həqiqətə uyğun olmayan məlumatı şəbəkədə dərc etdiyi üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Şanxay sakini isə saxtalaşdırılmış vergi sənədlərini şəbəkədə …

Google Maps pullu olacaq…

AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə,Google Maps linklərini saytlarında yerləşdirənlər xidmət üçün pul ödəməli olacaqlar. Məlumata görə, bu, xidmətin həddindən artıq yüklənməsilə bağlıdır. 2012-ci il yanvarın 1-dən Google özünün Google Maps API onlayn xəritə xidməti üçün ödəniş tətbiq edəcək. Bu ödənişlərin həyata keçirilməsi üçün öncə limit tətbiq olunacaq, belə ki, 25 min xəritə limiti …

“Facebook”un statistikası…

Hal-hazırda “Facebook”un  təxminən 800 milyon istifadəçisi var. Bunlardan 400 milyonu hər gün öz profilinə daxil olur.Bir gündə 2 milyard yazı “bəyənilir” və ya ona şərh yazılır. Bir gündə 250 milyon şəkil yüklənir. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, bu sosial şəbəkə 70 dildə mövcuddur. Qadınların 83%-i “Facebook” dostları tərəfindən narahat edilir.Orta amerikalı bir …

Google şirkəti Android-in yeni sistemini təqdim edir

AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə,Ice Cream Sandwich adı ilə təqdim olunan Google şirkətinin növbəti məhsulu yeni funksiyalar və interfeysə malikdir. Samsung şirkəti ilə müştərək istehsal olunan sistem ilk dəfə Galaxy Nexus cihazlarında istifadə olunacaq. Android-in əsas rəqibi Apple şirkəti öz əməliyyat sisteminin yeniləşdirilmiş variantını ötən həftə təqdim edib. iOS-5-ə yüksək olan tələbat ucbatından …

“Facebook”un qurucusu dünyanın ən yaxşı gənc biznesmeni adlandırıldı

AgahMedia.Com informasiya portalının Weboxu.com  saytına istinadən məlumatına görə, “Facebook” sosial şəbəkəsinin yaradıcısı və banisi Mark Zukerberq “Fortune” jurnalının versiyasına əsasən dünyanın 40 ən yaxşı gənc biznesmeni siyahısına rəhbərlik edib. “Fortune 40 under 40” reytinqi jurnal tərəfindən üçüncü il ardıcıl olaraq tərtib edilir və yalnız yaşı 40-dan aşağı biznesmenlər arasında keçirilir. 2009-2010-cu illərdə Zukerberq siyahıda ikinci …

Sosial şəbəkələrin xeyri və fəsadları …

“Mən sosial şəbəkələrdən heç cür qopa bilmirəm. Hər gün özümə söz verirəm ki, bu gün sondur. Lakin bu, bir növ məndə vərdiş halını alıb. Günümün 18 saatını internetdə keçirirəm…” AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, 18 yaşlı tələbə Ruzi Əhmədov internetin fəsadlarını bilsə də, artıq vərdiş halına çevrilmiş bu hobbisini tərgidə bilmir: “Hər …

Hakerlər dövlətin viruslarla şəxsi kompyuterləri izlədiyini bildirdilər

AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, Almaniyanın Ədliyyə naziri insanları kompyuter vasitəsilə güdməyə imkan verən proqram ilə bağlı dövlət səviyyəsində təhqiqat aparmağa çağırıb. Alman mətbuatının yazdığına görə, Bavariya federal höküməti casusluq avadınlığından istifadə olunmasını etiraf edir. Amma qeyd edilib ki, həmin avadanlıqdan ciddi kriminal hadisələrin təhqiqatı üçün istifadə ounub və bu zaman qanuna riayət …

“Facebook” viruslu saytlar barədə xəbərdarlıq edəcək

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, “Facebook” özünün fisinq və viruslara qarşı mübarizəsini gücləndirərək “Websense” təhlkükəsizlik şirkəti ilə əməkdaşlığa başlayıb. Gələn həftədən başlayaraq “Facebook” istifadəçiləri viruslu saytlar barədə xəbərdarlıq mesajları alacaqlar. Sosial şəbəkənin milyonlarla üzü bu günədək Facebook dostları tərəfindən yerləşdirildiyini güman etdikləri zərərli saytlara daxil olub. Belə onlayn hücumlar adətən istifadəçilərin parollarını və ya …

Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 500 mini keçdi

AgahMedia.Com portalının BBC-nin Azərbaycan bürosuna istinadən məlumatına görə,sosial media statistikası portalı “Socialbakers”-in yeni hesablamalarına əsasən, Azərbaycan Facebook istifadəçilərinin sayına görə 213 ölkə arasında 92-ci yerdədir. Sayt yazır ki, Azərbaycanda Fcaebook istifadəçilərinin sayı son 6 ayda təxminən 60 faiz artaraq 506 780-ə bərabər olub. Son ay ərzində isə istifadəçilərin sayı 15 faiz artıb. Əhalinin 6.10 faizi …

Azərbaycanda elektron imzanın tətbiqinə başlanıldı

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin, “Elektron Azərbaycan” Dövlət Proqramının və “Elektron hökumət” Fəaliyyət Proqramının Əlaqələndirmə Şurasının və digər qurumların nümayəndələrinin, həmçinin KİV-in iştirakı ilə elektron imzanın istifadəyə verilməsinə həsr olunmuş təqdimat mərasimi keçirilib. Bu münasibətlə mərasim iştirakçılarını təbrik edən rabitə və informasiya texnologiyaları nazirinin müavini, Əlaqələndirmə …

Elektron imza haqqında

1. Elektron imza nədir? Azərbaycan Respublikasının Qanunlarına əsasən elektron imza ilə imzalanmış elektron sənədlər əl imzası ilə imzalanmış və möhürlənmiş sənədlərə bərabər tutulur. Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan yerə çatdırıla bilər. Elektron sənəd mübadiləsinin bütün iştirakçıları …

“Nokia” musiqi müsabiqəsi elan etdi

Finlandiyanın telefon istehsalçısı Nokia şirkəti yeni qurğularının zəngi üçün musiqinin yazılmasına dair müsabiqə elan edib. Şirkət öz istehsalı olan mobil telefonlar üçün 17 ildən bəri istifadə edilən və dünyada məşhur olan Nokia Tune klassik melodiyasını dəyişmək niyyətindədir. AgahMedia.Com portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə,müsabiqə iştirakçılarına zəng tonunun yeni versiyasının yaradılması …

Rus şirkəti 2016-cı ildə kosmosda otel istifadəyə verməyi planlaşdırır

Rusiyanın kosmik araşdırmalarla məşğul olan özəl şirkətlərindən biri açıq kosmosda otel yaratmaq niyyətindədir. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, “Orbital texnologiyalar” şirkəti bu oteli 2016-cı ildə istifadəyə verməyi planlaşdırır. Kommersiya Kosmik Stansiyasında (otel belə adlanacaq) yeddi kosmik turist üçün otaqlar nəzərdə tutulub. Bu otaqların illüminatorundan yerin bənzərsiz və cazibədar mənzərəsi görünəcək. Oteldə istirahət ucuz …

İnternetdə müəllif hüquqlarının qorunması üçün Azərbaycanda yeni qurum yaradılacaq

Bu il Azərbaycanın Müəllif Hüquqları Agentliyində internetdə müəllif hüquqlarının təmin olunması üzrə mərkəz işə başlayacaq. AgahMedia.Com portalının “Radio Antenn”ə istinadən məlumatına görə, bu barədə agentliyin direktoru Kamran İmanov məlumat verib. “İnternetdə rəqəmli müəllif hüquqlarını idarəetmə modeli agentlik tərəfindən Avropanın müvafiq strukturlarının dəstəyi ilə yaradılır”, – deyə K. İmanov bildirib. Onun sözlərinə görə, mərkəzdəki müasir İT …