Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial, Ümumi » Bakı – Naxçıvan – Bakı marşurutu üzrə avtobuslara bilet satışı başladı …

Bakı – Naxçıvan – Bakı marşurutu üzrə avtobuslara bilet satışı başladı …


Azərbaycan Respulikasının Nazirlər Kabinetinin Qərarına əsasən 17 iyul 2021-ci il tarixindən etibarən Bakı-Naxçıvan-Bakı avtobus marşrutu yenidən fəaliyyətə başlayır. AgahMedia.Com informasiya portalının Bakı Beynəlxalq Avtovağzal Kompleksindən aldığı məlumata görə,İlkin olaraq yalnız səhər reyslərinin fəaliyyəti nəzərdə tutulur.

Azərbaycan Respulikasının Nazirlər Kabinetinin Qərarına əsasən 17 iyul 2021-ci il tarixindən etibarən Bakı-Naxçıvan-Bakı avtobus marşrutu yenidən fəaliyyətə başlayır.

AgahMedia.Com informasiya portalının Bakı Beynəlxalq Avtovağzal Kompleksindən aldığı məlumata görə, ilkin olaraq yalnız səhər reyslərinin fəaliyyəti nəzərdə tutulur. Sərnişinlər bu gündən etibarən iyul ayının 17-si saat 08:00 və 8:30 reysinə, eləcə də növbəti günlərə gediş bileti əldə edə bilərlər.
Gediş biletinin qiyməti 30 manat, 5-10 yaş arası uşaqlar üçün isə 50% güzəşt olmaqla 15 manat təşkil edir.
Gediş biletlərini Bakı Beynəlxalq Avtovağzalının kassalarından, eləcə də avtovağzala gəlmədən internet üzərindən avtovagzal.az saytı vasitəsi ilə online olaraq sifariş etmək mümkündür.
Reyslər yüksək komfortlu, geniş salona malik, sərin, Avropa standartlarına cavab verən müasir tipli avtobuslarla həyata keçiriləcəkdir.

Sərnişinlərin nəzərinə çatdırılır ki, Gömrük keçid məntəqəsində sərnişinlərdən Covid-19 testi götürüləcəkdir. Bu testlər Azərbaycan vətəndaşları üçün pulsuzdur və testin nəticəsini gözləməyə ehtiyyac yoxdur.

Gömrük proseduru Bakı Beynəlxalq Avtovağzalının ərazisində həyata keçirildiyindən sərnişinlərin reysin yola düşməyinə 45 dəqiqə qalmış Avtovağzala gəlməsi tövsiyə edilir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*