Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial, Ümumi » Aylıq 128 manatdan başlayan qiymətlərlə güzəştli mənzillərin satış elanı verildi…

Aylıq 128 manatdan başlayan qiymətlərlə güzəştli mənzillərin satış elanı verildi…

Mənzil İnşaatı Dövlət Agentliyi növbəti layihəsi – Sumqayıt şəhərində inşa olunmuş binalarda yerləşən mənzillərin güzəştlə satışı barədə elanını açıqlayıb.
AgahMedia.Com informasiya portalının Mənzil İnşaatı Dövlət Agentliyindən aldığı məlumata görə, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən 1 və 2 saylı binalar üzrə hər birində 72 mənzil olmaqla, ümumilikdə 144 mənzilin güzəştlə satışı 17 avqust 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 24 avqust 2021-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 20 avqust 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 24 avqust 2021-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.

Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Bu elan çərçivəsində Satışa ümumilikdə 144 mənzil çıxarılıb. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Mənzillərin satışı həm 3-30 il müddətinə, illik faiz dərəcəsi 4% və ilkin ödənişi minimal 10% təşkil edən ipoteka kreditindən istifadə etməklə, həm də vətəndaşların öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.

Studio tipli mənzillər 29 min 665 manata, 1 otaqlı mənzillər 30 min 175 manata, 2 otaqlı mənzillər 48 min 110 manata, 3 otaqlı mənzillər 63 min 325 manata təklif olunur.

30 il müddətinə güzəştli ipoteka ilə alındıqda mənzillin aylıq ödənişi 128 manatdan başlayır.

Mənzillər haqqında ətraflı məlumatla bu link vasitəsilə tanış ola bilərsiniz… ⇒ https://mida.gov.az/az/sales/announcement12/

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*