Azərbaycanın kompyuter bazarında sürətli artım müşahidə olunur
|
|
“Global Stats” statistika mərkəzinin hesabatına əsasən, Azərbaycanda son bir ildə daşınan (portativ) kompyuter bazarının həcmi iki dəfədən çox artmışdır. AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, iyunun əvvəlinə olan hesablamalara görə, mobil kompyuter bazarının payı 28,91 faiz təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bazarın bu seqmenti 54,13 faiz artıb. Bu il isə ölkədə portativ kompyuterlərin (noutbuklar, netbuklar) bazar payının 11,82 faiz artımı müşahidə olunub.
Planşet kompyuterlər bu reytinqdə 4,84 faiz artımla üçüncü yeri tutmuşdur. Cari ilin yanvar-may aylarında bazarın sözügedən seqmentinin artımı 16,94 faiz təşkil etmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,9 faiz artıb. Stasionar fərdi kompyuter bazarının payı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz azalaraq 66,25 faiz təşkil edib.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒
