Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Azərbaycanda qorunan əmanətlərin 58 faizi manatın payına düşür

Azərbaycanda qorunan əmanətlərin 58 faizi manatın payına düşür

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_MANAT_resmi

AgahMedia.Com informasiya portalının AzərTAc -a istinadən məlumatına görə, Əmanətlərin Sığortalanması Fondundan bildirilib ki, 2013-cü ilin I rübündə fiziki şəxslərin cəmi əmanətləri 434 milyon (9,1 faiz) manat artaraq 5 milyard 213 milyon manata çatmış və ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 63 faizini təşkil etmişdir. Bu da ötən rüblə müqayisədə 2 faiz artım deməkdir.
I rübdə fiziki şəxslərin cəmi əmanətlərinin (5,2 milyard manat) 34 faizini (1,76 milyard manat) qorunmayan əmanətlər, 66 faizini (3,5 milyard manat) isə qorunan əmanətlər təşkil etmişdir.
Kompensasiya olunan əmanətlər ötən rüblə müqayisədə 73,2 milyon manat artaraq 1 milyard 612 milyon manata çatmışdır ki, bu da qorunan əmanətlərin 44,6 faizini təşkil edir. Qorunan əmanətlərin 58 faizi manatın, 38 faizi ABŞ dollarının və 4 faizi avronun payına düşür.
Üzv banklar tərəfindən 4 milyon 801 min 574 əmanətçiyə xidmət göstərilir ki, onların da 4 milyon 562 min 48 nəfəri (95 faiz) qorunan əmanətçidir.
Hazırda Fondun sığorta ehtiyatları 51,3 milyon manat, cəmi aktivləri isə 59,7 milyon manat təşkil edir.
Fondun sərbəst vəsaitlərinin idarə edilməsi qurumun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatla olan vəsaitlər 28,5 milyon manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilmiş və orta hesabla illik gəlirlilik 4,6 faiz təşkil etmişdir. Fondun 5 milyon avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsilə idarə olunur.
Fondun iştirakçısı olan bankların sayı 42-dir. Fondun üzvü olmuş “Royal Bank” ASC-də 2012-ci il iyulun 16-da sığorta hadisəsi baş vermişdir. Əmanətçilər qarşısında öhdəliklərin reyestrinə əsasən 7 min 63 qorunan əmanətçinin 26,5 milyon manat məbləğində qorunan əmanəti üzrə ödəniləcək cəmi kompensasiya məbləği 14,7 milyon manat və yaxud 55,5 faiz təşkil etmişdir. “Royal Bank” ASC-nin qorunan əmanətçilərinin sayı 5 min 759 nəfər təşkil etmişdir. Fond tərəfindən 2013-cü il aprelin 1-nə cəmi kompensasiya məbləğinin 87,8 faizi, yaxud 12,9 milyon manat məbləğində kompensasiya ödənilmişdir.
Bir daha əmanətçilərin diqqətinə çatdırılır ki, Əmanətlərin Sığortalanması Fondu “Royalbank” ASC-nin qorunan əmanətçilərinə qorunan əmanətləri üzrə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulunu 2013-cü il iyulun 21-dək davam etdirəcəkdir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*