Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat » Avronun məzənnəsi son 9 ilin ən aşağı səviyyəsinə endi

Avronun məzənnəsi son 9 ilin ən aşağı səviyyəsinə endi

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_EuroAvropa İttifaqının vahid valyutası Avronun son doqquz ildə dollarla nisbətdə ən aşağı məzənnə səviyyəsinə endiyi bildirilir. AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, hazırda bir avro – 1, 18605 dollardır, bu isə 2006-ciı ilin martından bu yana ən aşağı qiymətdir.

Almaniyanın gündəlik maliyyə qəzeti Handelsblatt-a müsahibəsində Avropa Mərkəzi Bankının prezidenti Mario Draghi deyib ki, hazırda bankın qiymət sabitliyini cilovalamaq qüdrəti 6 ay bundan əvvəl olduğundan xeyli azdır.

Ekspertlər bildirirlər ki, hətta qlobal iqtisadiyyatda bir qədər ümidli görünən ABŞ-da da sənaye artımı dekabr ayı üçün yavaşıyıb.

Bununla əlaqədar olaraq dünya birjalarında səhm qiymətləri aşağı olaraq qalır.

Xam neftin də qiyməti bazar ertəsinin erkən ticarəti zamanı bir barrel üçün 55, 48 dollara enib.

Avro ilə birlikdə Kanada və Avstraliya valyutalarının da bir qədər ucuzlaşdığı müşahidə edilir.

ABŞ dolları isə, əksinə İsveçrə frankı və Britaniya sterlinqi ilə müqayisədə çəkisini artırıb.

Britaniya valyutası 2013-cü ilin ortalarındakı aşağı həddinə enib və indi bir funt sterlinq 1, 5185 dollardır.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*