Şəxsiyyət vəsiqəsi 5 manata veriləcək…

AgahMedia.Com informasiya portalının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, 01.12.2015-ci il tarixindən qüvvəyə minən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa yeni dəyişikliyə əsasən, respublikamızın vətəndaşlarına şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə …

Vergilər Nazirliyindən şou-biznes nümayəndələrinə ciddi xəbərdarlq…

Xəbərdarlıq şou-biznes nümayəndələrinin Vergilər Nazirliyinə təqdim etdikləri vergi bəyannamələri ilə bağlıdır. Əgər şou-biznes nümayəndələri vergiləri ilə bağlı məlumatları doğru tədqim etməsələr onda onları ciddi cəzalar gözləyir. AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, şou-bizneslə məşğul olan və qeydiyyata alınmış 2942 vergi ödəyicisinin vergi bəyannamələri araşdırılıb. Nəticədə bütün ödəyicilərin bəyannamələrinin həqiqətə uyğun olmadığı aşkarlanıb. Vergilər …

Sahibkarların nəzərinə: Vergi bəyannaməsini telefon zəngi ilə də təqdim edə bilərsiniz

Artıq “ASAN imza”sı olan vergi ödəyicilərinin sadələşdirilmiş vergi bəyannamələrinin göndərilməsi üçün vergi orqanına getməyinə ehtiyac yoxdur. AgahMedia.Com informasiya portalının “AZƏRTAC”a istinadən məlumatına görə, Vergi ödəyicisi öz “ASAN imza”sından istifadə etməklə bəyannamələrini bir telefon zəngi vasitəsilə göndərə bilər. Bunun üçün “195” Çağrı Mərkəzinə zəng etmək kifayətdir. “Zəngi qəbul edəcək mərkəzin təmsilçisinə “ASAN imza” nömrəsini, istifadəçi İD-sini və …

Əmlak qeydiyyatında yeni dövr başlayır

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı sahəsində mühüm yenilik baş verib. AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, bundan sonra daşınmaz əmlakların yeni sahiblərinin adına rəsmiləşdirilməsi avtomatik həyata keçiriləcək. Daşınmaz əmlakın təkrar qeydiyyatını inanılmaz dərəcədə sadələşdirən bu yenilik Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən istifadəyə verilən “Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət” …

İqtisad Universitetində “Məzun-2015” əmək yarmarkası keçiriləcək

AgahMedia.Com informasiya portalının məlumatına görə, noyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ənənəvi “Məzun-2015” əmək yarmarkası keçiriləcək. Yarmarkada 40-dan çox dövlət qurumları, yerli və xarici şirkətlər vakansiyalar təklif edəcəklər. Əmək yarmarkası 11.00-dan 13.00-dək davam edəcək. İştirak etmək istəyənlər CV-lərini mezun2015@unec.edu.az elektron ünvanına göndərə bilərlər.

Bakıda plana düşən növbəti yerlər…

Nazirlər Kabineti Yasamal rayonunda dövlət ehtiyacı üçün alınan torpaq sahələrinin müəyyən olunması barədə qərar qəbul edib. AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, Bakı şəhərinin Yasamal rayonu ərazisində Nəriman Nərimanov prospekti ilə Abdulla Şaiq, Lev Tolstoy, Əlibəy Hüseynzadə küçələri və Azərbaycan prospekti ilə Abdulla Şaiq, Çingiz Mustafayev və Süleyman Rəhimov küçələri arasındakı ərazidə 730, …

“ASAN xidmət”də yenilik: Ümumvətəndaş pasportları qeydiyyat məhdudiyyəti olmadan veriləcək

AgahMedia.Com informasiya portalının “ASAN Xidmət”dən aldığı məlumata görə,3 noyabr 2015-ci il tarixindən etibarən Azərbaycan Respublikasının vətəndaşları ölkə üzrə qeydiyyat məhdudiyyəti olmadan istənilən “ASAN xidmət” mərkəzlərinə müraciət edərək ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər. Vətəndaşlar “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər barədə ətraflı məlumatı 108 Çağrı mərkəzi, www.asan.gov.az internet və sosial şəbəkələrdəki rəsmi səhifələrdən əldə …

Daxili İşlər Nazirliyi sahibkarlar üçün “Qaynar Xətt”i istifadəyə verdi

AgahMedia.Com informasiya portalının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, adıçəkilən nazirlik tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanunu, onun tətbiqi və sahibkarlıq sahəsində dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Dövlət Başçısının 2015-ci il 26 oktyabr tarixli Fərmanı rəhbər tutularaq həmin normativ hüquqi aktlardan irəli gələn …

Sahibkarlıq sahəsində aparılmasına yol verilən yoxlamaların siyahısı təsdiqləndi

AgahMedia.Com informasiya portalının İctimai TV -yə istinadən məlumatına görə, oktyabrın 26-da Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısı təsdiqlənib. Qanunun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə …

“Wizz Air” Azərbaycana uçuşları bərpa edir

Azərbaycan Hava Yolları şirkəti (AZAL) ilə Macarıstanın “Wizz Air” şirkəti razılığa gəlib. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov bunu təsdiqləyib. Onun sözlərinə görə, AZAL “Wizz Air” şirkətinin təkliflərinin 99 faizini qəbul edərək razılıq əldə edib. Arif Məmmədov həmçinin qeyd edib ki, 3 gün sonra – …

Lisenziyalar da “ASAN xidmət”lə veriləcək

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirib. AgahMedia.Com informasiya portalının İctimai TV -yə istinadən məlumatına görə, verilən tapşırıqlara uyğun …

İxrac xərcləri azaldılacaq

AgahMedia.Com informasiya portalının İqtisadiyyat və Sənaye Nazirliyindən aldığı məlumata görə, ölkə prezidenti İlham Əliyevin qeyri-neft məhsullarının ixracının artırılmasına dair verdiyi tapşırığın icrası olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi keçirilmiş geniş kollegiya iclasında ixracın stimullaşdırılması üçün təkliflər paketinin hazırlanması barədə qərar qəbul edib. İclasda Nazirlik ixrac xərclərinin azaldılması məqsədi ilə qeyri-neft məhsullarına mənşə sertifikatının verilməsi üçün ekspertiza xidmətlərinə …

Səyyar “ASAN Xidmət” Ucarda

AgahMedia.Com informasiya portalının “ASAN Xidmət”dən aldığı məlumata görə,12-31 oktyabr tarixlərində Səyyar ASAN xidmət Ucar rayonunda Ucar və Zərdab sakinlərinə səyyar formada xidmət göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir: Notariat fəaliyyəti; Vətəndaşlıq vəziyyəti aktlarının …

Daşınmaz əmlakın sənədləşdirilməsi daha da asanlaşdı… (Video)

Evlərin, torpaqların sənədləşdirilməsi daha da asanlaşdı… Posted by AgahMedia.Com on 5 Ekim 2015 Pazartesi Əmlak Məsələləri Dövlət Komitəsində “bir pəncərə” sisteminin tətbiqinə başlanılıb. AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə,  artıq daşınmaz əmlaklarını qeydiyyata aldırmaq istəyənlərin yalnız bir idarəyə müraciət etmələri kifayətdir. Vətəndaş əmlakının qeydiyyatı üçün reyestr xidmətinə müraciət etdikdən sonra elektron formada müraciət …

Bakıda Rusiya Filmləri Həftəsi keçiriləcək

AgahMedia.Com informasiya portalının Mədəniyyət Və Turizm Nazirliyindən aldığı məlumata görə, 1-7 oktyabr 2015-ci il tarixində Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə Bakıda Rusiya Filmləri Həftəsi keçiriləcək. Film Həftəsi ilə əlaqədar rusiyalı kinematoqrafçılardan ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək. Nümayəndə heyətinin tərkibinə Xalq …

Torpaqdan düzgün istifadə etməməyin cərimələri kəskin artırıldı

Azəbaycada torpaqlardan istifadəyə dövlət nəzarəti gücləndirilir. AgahMedia.Com informasiya portalının Fins.Az resursuna istinadən məlumatına görə, bu barədə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə nəzərdə tutulub. Məcəllənin 88-1-ci maddəsinə edilən dəyişikliklərə görə, torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər 3000 manat cərimə edilir. …

Səyyar “ASAN Xidmət” Ağdam, Astara və Göyçayda

AgahMedia.Com informasiya portalının “ASAN Xidmət”dən aldığı məlumata görə, 28 sentyabr – 12 oktyabr tarixində Səyyar ASAN xidmət Ağdam rayonunda Ağdam və Ağcabədi, Astara rayonunda Astara və Lənkəran, Göyçay rayonunda isə Göyçay və Ağdaş sakinlərinə səyyar formada xidmət göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak …