Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Sahibkarların nəzərinə: Vergi bəyannaməsini telefon zəngi ilə də təqdim edə bilərsiniz

Sahibkarların nəzərinə: Vergi bəyannaməsini telefon zəngi ilə də təqdim edə bilərsiniz

Artıq “ASAN imza”sı olan vergi ödəyicilərinin sadələşdirilmiş vergi bəyannamələrinin göndərilməsi üçün vergi orqanına getməyinə ehtiyac yoxdur. AgahMedia.Com informasiya portalının “AZƏRTAC”a istinadən məlumatına görə, Vergi ödəyicisi öz “ASAN imza”sından istifadə etməklə bəyannamələrini bir telefon zəngi vasitəsilə göndərə bilər. Bunun üçün “195” Çağrı Mərkəzinə zəng etmək kifayətdir.

“Zəngi qəbul edəcək mərkəzin təmsilçisinə “ASAN imza” nömrəsini, istifadəçi İD-sini və dövriyyə barədə məlumatı bildirir. Vergi ödəyicisi mobil telefonuna SMS şəklində gələn vergi bəyannaməsinin məlumatları ilə tanış olduqdan sonra “ASAN imza” PİN2 kodunu mobil telefonuna daxil edərək bəyannaməni imzalayır və sənəd sistem tərəfindən qəbul olunur. Paralel olaraq icra edilmiş əməliyyat barədə məlumatlar avtomatik şəkildə vergi ödəyicisinin İnternet Vergi İdarəsində olan elektron qutusuna göndərilir.”

Hazırda Çağrı Mərkəzi vasitəsilə fiziki şəxsin onlayn qeydiyyatı və şəhadətnamə-dublikatın alınması üçün ərizənin göndərilməsi xidmətlərinin tətbiqi istiqamətində işlər davam etdirilir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*