Ali məktəblərə qəbul planı artırıldı
|
Ali və orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün sənəd qəbuluna başlayıb. Abituriyentlər mayın 16-dan internet vasitəsilə elektron ərizələrini doldurmalıdır. Aprelin 16-dan mayın 18-dək isə müvafiq Sənəd Qəbulu Komissiyalarında ərizələrin təsdiqi mütləqdir. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar- təsviri sənət, musiqi sənəti, memarlıq və dizayn, bədən tərbiyəsi və idman istiqamətləri üzrə ali məktəblərə qəbul şərtləri də açıqlanıb. Belə ki, abituriyentlər mayın 1-dən 18-dək Qabiliyyət İmtahanı Komissiyasına tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməlidir. Onlar əvvəlcə test, sonra isə qabiliyyət imtahanından keçəcək.
Bu il üçün ali məktəblərə qəbul planı artırılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib ki, yerlərin sayında ötən illə müqayisədə 9,5% fərq var. Prioritet istiqamətlər isə texniki və kənd təsərrüfatı ixtisasları üzrə olacaq. “Dövlət sifarişli yerlərdə fərq çoxdur. Əsas plan yerləri hələ təqdim olunmayıb. Təhsil komissiyasında müzakirələr gedir. Ölkə prezidentinin müvafiq sərəncamına uyğun olaraq, artıq qəbul planının layihəsini Təhsil Komissiyası təsdiqləyəcək. Yeni ali məktəb açılacaq. Bakı Ali Neft Məktəbi üçün də plan yerləri ayrılıb.”
Ötən həftə keçirilən sınaq imtahanının nəticələrini isə abituriyentlər aprelin 11-i və ya 12-də öyrənə biləcək. Rezidenturaya keçiriləcək imtahana gəlincə, komissiya sədri deyib ki, aprelin sonunda yeni qəbul proqramları açıqlanacaq. Hazırda bununla bağlı təkmilləşdirmə işləri aparılır.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒