Mərkəzi Bank 2011-2014-cü illər üçün Strateji Planın təqdimatını keçirdi
|
|
AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, bankın sədri Elman Rüstəmovun iştirakı ilə Strateji Planın Mərkəzi Bankın əməkdaşlarına geniş təqdimatı keçiriib. Təqdimat mərasimində qeyd edilib ki, Mərkəzi Bankın indiyə qədər əldə etdiyi uğurlarda Bankın fəaliyyəti və onun institusional potensialının inkişafında strateji planlaşdırma mühüm rol oynamışdır. Bankda müasir idarəetmə sistemi və ənənələri formalaşmış, bütün funksional fəaliyyət istiqamətlərində müvafiq biznes prosesləri, yaradıcı və intellektual iş mühiti yaradılmış, peşəkar bacarıqlara malik kadrlar hazırlanmışdır.
Son illər ölkədə yüksək iqtisadi inkişaf dinamikası, maliyyə sisteminin sürətlə böyüməsi, dəyişən və mürəkkəbləşən qlobal iqtisadi mühit Bankın qarşısında yeni çağırışlar formalaşdırır. Məhz bu yeni çağırışların effektiv cavablandırılması üçün Bank bir sıra istiqamətlərdə – makroiqtisadi sabitliyin, bank sistemində maliyyə sabitliyinin qorunması, əsas missiyaya xidmət edən funksiyaların əsaslı müasirləşdirilməsi, institusional idarəetmənin ən müasir praktikaya uyğunlaşdırılması, insan kapitalının inkişafı, iqtisadi inkişafa dəstəyin artırılması istiqamətlərində yeni strateji fəaliyyət prioritetləri müəyyən etmişdir.
Strateji Plan 2011-2014-cü illər üçün Bankın qarşısına doqquz strateji hədəf qoyur və həmin hədəflər Azərbaycan Mərkəzi Bankının ölkədə makro-iqtisadi sabitliyi və davamlı iqtisadi inkişafı dəstəkləyən mühüm dövlət institutuna çevrilməsinə imkan yaradacaqdır.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒
