2013-cü ilin ən bahalı brendlərinin adları açıqlanıb
|
AgahMedia.Com informasiya portalının İTV-yə istinadən məlumatına görə, “Apple” və “Google” şirkətləri ötənilki qalib “Coca-Cola” şirkətini üçüncü yerə düşürərək dünyanın ən bahalı brendləri siyahısına başçılıq edir.
“Interbrand” agentliyinin reytinqinə əsasən, “Apple” brendinin dəyəri 98,315 milyard dollar təşkil edir. Bu rəqəm isə bir il əvvəlki nəticəni 28 faiz üstələyir.
İkinci yeri dəyəri 93,291 milyard dollar qiymətləndirilən “Google” şirkəti tutub. Bu şirkətin göstəricisi 2012-ci ildən 34 faiz daha baha olub. “Coca-Cola” isə son 10 ildə ilk dəfə olaraq brendin dəyəri üzrə birinciliyi əldən verib.
Bu il ən bahalı brendlər onluğuna 6 İT şirkəti də daxildir. “Apple” və “Google” ilə yanaşı “IBM”, “Microsoft”, “Samsung” və “Intel” brendləri müvafiq olaraq 78, 60, 40 və 37 milyard dollar dəyərində qiymətləndirilib.
“Interbrand” şirkəti 1974-cü ildə təsis olunub. Şirkətlərin brendlərinin dəyərinin qiymətləndirilməsi “Interbrand” agentliyinin xüsusi metodikası üzrə aparılır.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒