Home » Sosial, Təhsil sektoru, Ümumi » 07.05.2017-ci il tarixində keçirilmiş ali məktəblərə qəbul imtahanlarının nəticələri…

07.05.2017-ci il tarixində keçirilmiş ali məktəblərə qəbul imtahanlarının nəticələri…

AgahMedia.Com informasiya portalının məlumata görə, Dövlət İmtahan Mərkəzi mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 8-də saat 18:35-dən etibarən elan etmişdir.

2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün 07 may və 30 aprel 2017-ci il tarixində keçirilmiş test imtahanının nəticələri və cavab kartlarının qrafik təsvirləri ilə bu linkdə tanış ola bilərsiniz. >>> https://eservices.dim.gov.az/netbak

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün sənəd vermiş 30239 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən abituriyentlərdən 24 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir.

İmtahanda I ixtisas qrupu üzrə 5 abituriyent (İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəbi, Bakı şəhəri 220 saylı məktəb-lisey, Akademik Z.Əliyeva adına lisey, 162 saylı orta məktəb , Gəncə şəhəri 26 saylı Məktəb-Lisey Kompleksinin məzunları) , IV ixtisas qrupu üzrə isə 2 abituriyent (Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya, Bakı şəhəri 287 saylı ‘Zəkalar’ liseyinin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

One Response to 07.05.2017-ci il tarixində keçirilmiş ali məktəblərə qəbul imtahanlarının nəticələri…

  1. Salam,zehmet olmasa cavablandırasız.bu il tibb texnikomuna 44 bal ile düsmek mümkünmü?eger mümkünse hansı bölgelere düsmek şansım var?

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

*