Ən gəlirli futbolçuların siyahısında Ronalda birinci oldu
|
Məşhur “Forbes” dərgisi dünyanın ən gəlirli futbolçularının adlarını açıqlayıb. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, “Real” klubunda qalmağa qərar verən Kriştinao Ronaldo “Qızıl top”un dördqat qalibi Lionel Messini ötüb keçib. Jurnalın yazdığına görə, Messinin illik gəliri 31,4 mln avrodur. Ronaldonun illik gəliri isə argentinalı oyunçudan 2 milyon artıq 33,5 milyon avrodur. Ekspertlər ulduz futbolçu Devid Bekhemin 35,9 milyon avro gəlirinin olduğunu müəyyən ediblər. Onun qazancı təkcə futboldan deyil, həm də müxtəlif reklamlardan aldığı qonorarlardır.
Xatırladaq ki, idmançıların reytinq cədvəlinə isə qolf ustası Tayqer Vuds başçılıq edir. Onun gəliri 59,5 mln avrodur.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒