Home » Siyasət, Sosial, Ümumi » Yeni şəxsiyyət vəsiqələri ilə xarici dövlətlərə də getmək mümkün olacaq

Yeni şəxsiyyət vəsiqələri ilə xarici dövlətlərə də getmək mümkün olacaq

Azərbaycan vətəndaşları yaxın illərdə yeni şəxsiyyət vəsiqələri ilə gələcəkdə bəzi xarici dövlətlərə səfər edə biləcəklər. AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, bu barədə «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» qanuna dəyişiklikdə nəzərdə tutulub. Sənəddə həmçinin şəxsiyyət vəsiqəsinin 16 deyil, 15 yaşda verilməsi də öz əksini tapıb. Dekabrın 30-da Milli Məclisin müzakirəsinə çıxarılacaq «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» qanuna dəyişikliklərə xüsusi hissə əlavə edilib. Dəyişikliyə əsasən ölkə vətəndaşları 2014-cü ildən etibarən bəzi xarici ölkələrə şəxsiyyət vəsiqəsi ilə səfər edə bilər. Parlamentin dövlət quruculuğu və hüquq siyasəti üzrə komitəsinin üzvü Çingiz Qənizadə bildirib ki, bu hal yalnız müvafiq beynəlxalq müqavilə bağlanılan xarici dövlətdə tətbiq oluna bilər. “Qanuna təklif olunan dəyişikliyə görə, xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ökədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.”
Hazırda qüvvədə olan qanuna görə, şəxsiyyət vəsiqəsi yalnız Azərbaycan ərazisində vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul olunur. Qanuna dəyişikliklərdə şəxsiyyət vəsiqəsinin 16 yaşına çatanadək və 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi növlərinin ləğv edilməsi nəzərdə tutulur. Yəni layihədə qeyd olunur ki, hər bir Azərbaycan vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan vətəndaşlığına qəbul edildikdən sonra 1 ay müddətinə şəxsiyyət vəsiqəsi almalıdır. Şəxsiyyət vəsiqəsi 10 il müddətinə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə veriləcək.
Şəxsiyyət vəsiqəsində digər məlumatlarla yanaşı, şəxsin fərdi indentifikasiya nömrəsi, beynəlxalq mülki aviasiya təşkilatının tələblərinə uyğun fotoşəkli yerləşdiriləcək. Şəxsiyyət vəsiqəsinə elektron daşıyıcı (çip) yerləşdiriləcək.
Yeni vəsiqələrdə vətəndaşın barmaq izləri, həmçinin onunla bağlı digər məlumatlar da öz əksini tapacaq. Çingiz Qənizadə bildirir ki, bu dəyişiklik dövlətdən çox, vətəndaşın mənafelərinə xidmət göstərəcək. Təsdiqlənəcəyi təqdirdə, qanunun 2014-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*