Home » Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Yaxın vaxtlarda Bakıda dəniz taksiləri fəaliyyətə başlayacaq

Yaxın vaxtlarda Bakıda dəniz taksiləri fəaliyyətə başlayacaq

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_BAKI_Menzeresi

Yaxın vaxtlarda Bakı buxtasında kiçik dəniz taksiləri fəaliyyət göstərəcək. AgahMedia.Com portalının “Trend” informasiya agentliyinə istinadən məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov Milli Məclisin deputatları ilə görüşdə deyib. Onun sözlərinə görə, dəniz taksiləri Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsindək və əks istiqamətdə xidmət göstərəcəklər. Bundan başqa, o qeyd edib ki, belə taksilər gələcəkdə Bakı buxtasını hazırda abadlıq işləri aparılanı Nargin adası ilə birləşdirəcək. Katerlərin sürəti Nargin adasına 5-8 dəqiqəyə çatmağa imkan verir. Q.Qurbanov bildirib ki, dəniz taksilərinin dayanacağı bulvardakı paraşüt qülləsinin yaxınlığında yerləşəcək: “Daha əvvəl buxtaya 3 gəzinti kateri, sonra isə 1 kater gətirilmişdi. Katerlər sifarişimiz əsasında Türkiyədə istehsal olunur”.
O vurğulayıb ki, Bakı-Lənkəran marşrutu üzrə dəniz taksilərinin fəaliyyəti sərfəli deyil: “Dəniz yolu ilə Lənkərana 6,5 saata çatmaq olar. Bu da həm vaxt, həm də maliyyə baxımından sərfəli deyil”.
Q.Qurbanovun sözlərinə görə, dəniz taksiləri 5 istiqamət üzrə fəaliyyət göstərəcək.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*