Yaponiyadan İrana sanksiyalar…
|
AgahMedia.Com informasiya portalının İ TV-yə istinadən məlumatına görə, bu dəfə,İrana qarşı Yaponiya əlavə sanksiyaların tətbiqi barədə qərar qəbul edib. Bu barədə Nazirlər Kabinetinin qərarını açıqlayan ölkənin Xarici İşlər naziri Koitiro Qemba bildirib ki, 106 təşkilat, bir mülki şəxs və 3 bank da İrana qarşı embarqonun tətbiqini dəstəkləyib. Tədbirlər planına Yaponiya və İran bankları arasında pul mübadiləsinin dayandırılması daxildir.
Qeyd edək ki, İranın nüvə proqramı ilə əlaqədar MAQATE-nin məruzəsindən sonra ABŞ, Kanada, Avropa İttifaqı və Böyük Britaniya da Tehrana qarşı əlavə sanksiyalar həyata keçirməkdədir.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒