Windows Phone 7 Mango bazasında işləyən ilk smartfonun təqdimatı keçirildi
|
|
Fujitsu Toshiba birgə şirkəti Yaponiyada Windows Phone 7 Mango əməliyyat sistemi bazasında işləyən ilk smartfonu təqdim edib. AgahMedia.Com portalının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, bu, Microsoft tərəfindən iki həftə öncə qismən nümayiş etdirilən modellərdən biridir. Sukeçirməyən korpusda yığılmış Fujitsu Toshiba IS12T smartfonu bir neçə rəng versiyaları ilə satışa çıxarılacaq. 800×480 təsvir ölçülü 3,7 düym displey, 1 QHs takt tezlikli birnüvəli Qualcomm MSM8655 prosessoru, 512 QB operativ və 32 QB quraşdırılmış yaddaş həcmi ilə təchiz olunan yeni modelin satışının sentyabrda başlanacağı nəzərdə tutulur. Onun əvvəlcə yalnız Yaponiyada satılacağı məlumdur, lakin qurğunun digər regionlarda da fərqli kommersiya nişanı ilə təklif olunacağı istisna olunmur. Smartfonun ölçüləri 118х59х13,3 mm., avtonom iş vaxtı danışıq rejimində 6,5 saat, gözləmə rejimində isə 9 gün təşkil edir.
Bu kontentin portalımızda yayınladığı tarix : 28/07/2011Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒