Home » Beynəlxalq, Siyasət, Ümumi » WikiLeaks İranın işğalçı Ermənistanla işbirliyindən və Azərbaycandakı fəaliyyətindən yazdı

WikiLeaks İranın işğalçı Ermənistanla işbirliyindən və Azərbaycandakı fəaliyyətindən yazdı

Dünyaca məşhur WikiLeaks saytı növbəti məxfi sənədlərini yayıb. AgahMedia.Com portalının “Olaylar” informasiya agentliyinə istinadən məlumatına görə, bu dəfəki sənədlərin böyük əksəriyyəti İran və onun Azərbaycandakı fəaliyyəti ilə bağlıdır. Maraqlıdır ki, bu və bu kimi məlumatları Azərbaycan mətbutaı yayır, Qərb səfirliklərini, beynəlxalq təşkilatları uyarmağa çalışırdı ki, İranın hakim molla rejimi xomeyniçiliyi Azərbaycana yaymaq, Azərbaycan əhlisini dövlətət qarşı qoymaq, Qərb dəyərlərini, demokratiyanı gözdən salmaq istəyir. İndi bu məlumatları WikiLeaks saytı yayır. AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə, “Yeni Müsavat” qəzeti xəbər verirki, saytın məlumatları Bakıdakı Amerika səfirliyinin iranlı agentlərdən alınan məlumatlar əsasında bu ölkədəki vəziyyətə dair təhlillərdən ibarətdir. ABŞ-ın Bakıdakı o vaxtkı səfiri Enn Dersi tərəfindən 2009-cu il martın 6-da göndərilmiş teleqramda İranın ona qarşı tətbiq edilmiş beynəlxalq sanksiyalardan yan ötmək üçün Azərbaycan ərazisindən necə istifadə etdiyi barədə məlumatlar yer alır. Saytın İranın Bakıdakı fəalliyyəti ilə bağlı daha çox maraq doğuran məlumatı İranın bu günlərdə fəalliyyətinə xitam verilmiş Xomeyni adına İmdad Komitəsi barədədir. Saytə yazır ki, İranın Bakıda fəalliyyət göstərən Mədədniyyət Mərkəzi adlanan təxribat yuvası, İmdad Komitəsi, İran Milli Bankı kasıb təbəqədən olan insanlara məqsədli şəkiləd yardımlar edir, onları İranın cacus şəbəkısinə daxil edir. İran tətəfi Bakıda fəalliyət göstərən bankları vasitəsilə ehtiyacı olan insanlara faizsiz kreditlər ayırır, bu yolla onları öz təriqətlərionə çəkirlər. Sayt yazır ki, bəzən qadınlar İranın bu imkanlarından yararlanmaq üçün müvəqqəti olaraq hicab taxır, yardımı alandan sonra hicabı açırlar. Məlumatlarda Bakıda fəalliyyət göstərən İran kilinikasının da əsasən aztəminatlı ailələr üçün işlədiyini, onları ələ almaq məqsədi güddüyünü yazır. AgahMedia.Com portalının “Olaylar” agentliyinə istinadən məlumatına görə, WikiLeaks-in məlumatlarında İranın İsmayıllı rayonunda yerli irandilli etnik qrupa külli miqdarda yardım ayırması faktı da yer alır.
Saytın məlumatlarında Tehranın Qərbin sanksiyalarından yayınmaq üçün alternativ yollar axtarışında olduğuna dair faktlar da var. Sayt yazır ki, həqiqətən Azərbaycanın işğal edilmiş və İranla sərhəd rayonlarından bu ölkəyə aparan yollar var. Hansı ki, həmin yollar əvvəllər rəsmi sərhəd keçid marşrutu kimi mövcud deyildi. Mənbə İranın bəzi malları bu qanunsuz marşrutlarla daşıya biləcəyini istisna etməyib, ancaq deyib ki, şəxsən bu barədə heç nə bilmir. Bununla belə, mənbə İranın işğal edilmiş ərazilərdən geniş miqyasda istifadəsini ağlabatan saymadığını deyib, bildirib ki, İran üçün Azərbaycanla sərhədlərdəki qanuni keçid məntəqələrindən qadağalar altındakı yükləri daşımaq daha asandır.
WikiLeaks İranın işğalçı Ermənistanla əlaqələri barədə yazır. Qeyd olunur ki, İranın “Bank Mellet” dövlət bankının İrəvanda filialı var, lakin onun fəaliyyəti o qədər də geniş deyil və əsasən iranlı müştərilərə xidmət edir. Bildirilir ki, Azərbaycan hökuməti tərəfindən dəfələrlə ABŞ səfirliyinə İranın Ermənistan üzərindən nüvə materialları daşıdığına dair məlumatlar daxil olub. Saytın xəbərində İranın Rusiyadan Ermənistan vasitəsilə nüvə materialları əldə etməsi o qədər də ağlabatan görünməsə də kütləvi qırğın silahlarına dair materiallar Ermənistandan İrana işğal altındakı Azərbaycan əraziləri üzərindən qaçaqmalçılıq yolu ilə ötürüldüyü ehtimal edilir. Saytın məlumatlarında İran tərəfinin əslən türk olan iranlı iş adamı tərəfindən Qərbin sanksiyalarını yarmaq üçün fəalliyyət göstərdiyi, müxtəlif dairlərlə iş birliyi qurduğuna dair faktlar da var.
Göründüyü kimi WikiLeaks İran hakimiyyətinin iç üzünü ifşa edir. Məlum olur ki, İran tərəfinin Azərbaycan Respublikasındakı təxribatçı fəalliyyəti, mürtəce xomeyniçiliyi yaymaq istəyi, aztəminatlı ailələrdən olan insanlara maddi yardım edərək onları fars məzhəbinə cəlb etməsi, irandilli etnik qrupları qızışdımağa, şirnikləndirməyə çalışdlığı artıq Qərbə də bəllidir. Üzə çıxan faktlar İran tərəfinin, onun Bakıdakı Ocaqnejad kimi emissarlarının necə saxtakar, boğazdan yuxarı müsəlman olduqlarını göstərir. İran nəinki müsəlman, şiə-cəfəri azərbaycanlılara hörmət etmir. əksinə müsəlman Azərbaycanın ərazilərini işğal etmiş, məscidlərini dağıtmış Ermənistanla iqtisadi əlaqələr qurur, Azərbaycandakı sabitliyi pozmağa çalışır, etnik qarşıdurma yaratmağa, insanları dövlətdən narazı salmağa cəhd edir. WikiLeaks-in bu məlumatı, İran tərəfinin növbəti dəfəf ifşa olunması yəqin ki, beynəlxalq aləmdə İrana qarşı münasibəti daha da qətiləşdirəcək, molla rehjiminə qarşı sanksiyaları daha da sərtləşdirəcək.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*