Home » Siyasət, Ümumi » TürkPA-da Yunanıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib

TürkPA-da Yunanıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib

AgahMedia.Com portalının “Azadinform” informasiya agentliyinə istinadən məlumatına görə, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Baş katibi Ramil Həsənov TürkPA Katibliyinin Ofisində Yunanıstanın ölkəmizdəki səfiri İoannis Metaksasla görüşüb.
Görüşdə R.Həsənov TürkPA-nın quruluşu, fəaliyyəti və əsas məqsədləri haqqında qonağa geniş məlumat verib. O, TürkPA Beynəlxalq Katibliyinın Azərbaycandakı 57-ci diplomatik missiya olaraq fəaliyyətə başladığı və türkdilli ölkələrin siyasi, sosial-iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrinin inkişaf etdirilməsinə xidmət etdiyini vurğulayıb. R.Həsənov səfirə gələcəkdə enerji sahəsində region və Avropa ölkələrinin əməkdaşlığın genişlənməsində və güclənməsində də TürkPA-nın Parlament Assambleyası olaraq rolunun nə dərəcədə mühüm olacağını çatdırıb. Eyni zamanda R.Həsənov Yunanıstanla bir çox istiqamətlərdə əməkdaşlığın müsbət şəkildə inkişaf etdirilməsində, genişlənməsində və davam etdirilməsində maraqlı olduğunu qonağın nəzərinə çatdırıb.İ.Metaksas TürkPA Baş katibinə geniş və ətraflı məlumat verdiyi üçün təşəkkür edib, Assambleyanın yaranması, Beynəlxalq Katibliyin daimi əsasda fəaliyyət göstərməsi və Katibliyin Bakıdakı fəaliyyətinə önəm verdiyini qeyd edib. TürkPA-nın quruluşunu, həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində qısa zamanda ATƏT PA, AŞPA, NATO PA kimi beynəlxalq təşkilatlarla fəaliyyətini yüksək qiymətləndirib. Səfir, Azərbaycan, Qazaxıstan, Türkiyə və Yunanıstan arasında mövcud olan parlamentlərarası əlaqələrin inkişafından və dostluq qruplarının aktiv fəaliyyət göstərməsindən məmnun olduğunu qeyd edib. O, enerji sahəsində ölkələrarası əməkdaşlığın inkişaf etdirilməsinin önəmli fakt olduğunu Baş katibin nəzərinə çatdırıb. Yunanıstanın Azərbaycandakı səfirliyi və TÜRKPA Beynəlxalq Katibliyi ilə əlaqələrin inkişaf edəcəyini bildirən səfir, Assambleyanın Katibliyinə gələcək işlərində uğurlar diləyib. Görüşün sonunda TürkPA adından İ.Metaksasa Assambleyanın müvafiq sənədlər toplusu və xatirə hədiyyəsi təqdim olunub. Görüşdə TÜRKPA Baş katibinin müavini, Qazaxıstanın TÜRKPA-dakı nümayəndəsi Mels Semqaliyev də iştirak edib.
Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*