Home » Biznes sfera və iqtisadiyyat, Bölgələr, Sosial, Ümumi » Dövlət yerli istehsalçılardan buğda alışına start verdi

Dövlət yerli istehsalçılardan buğda alışına start verdi

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2015-ci ildə ölkədə istehsal olunan yüksək keyfiyyətli buğdanın tədarükünü elan edir.

AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, cari il iyulun 1-dən sentyabrın 1-dək nazirliyin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman” MMC, “Karat-Holdinq”, “Karmen” MMC, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Aveta” MMC, “Neon” firması və “EL” KM müəssisələri vasitəsilə yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 250 manat olmaqla qəbul edəcək.

Dövlət Taxıl Fonduna tədarük olunacaq buğda Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli Əlavəsi ilə müəyyənləşdirilən Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş keyfiyyət göstəricilərinə cavab verməlidir.

Məlumatda bildirilir ki, keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (9.00–dan 18.00–a kimi) aşağıda təqdim olunur:

“Səngəçal Taxıl Elevatoru” – Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şosesinin 51-ci kilometrliyi, tel: 050-218-30-06.

“Gəncə Taxıl Elevatoru” – Gəncə şəhəri, Azərbaycan Əsgəri küçəsi-20, tel: 050-660-39-03.

“Abşeron Taxıl” MMC – Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi, tel: 012-342-90-03; 070-345-12-18.

“Dəvəçi-Dəyirman” MMC – Şabran şəhəri, Nizami küçəsi-1, tel: 0115-3-23-21, 055-760-35-05; 050-382-35-84.

“Karat-Holdinq” MMC – Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şosesi-23, tel.: 012-342-09-50, 050-223-18-97.

“Karmen” MMC – Abşeron rayonu, Yeni Samaxı şosesi-23, tel: 012-342-59-12.

“Gəncə-Dəyirman” MMC – Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel: 022-56-94-44; 012-418-45-38; 050-222-08-20.

“N.Quliyev adına Bakı-Taxıl” ASC – Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. tel. 012-567-00-76; 566-21-72.

“Aveta” MMC – Kürdəmir şəhəri, Bakı pospekti 6, tel: 0145-6-60-08, 050-200-11-97, faks: 0145-6-60-03.

“Neon” firması – Gəncə şəhəri, Ə.Əliyev küç. 3, tel./faks: 022-57-57-22, 050-220-30-27.

“EL” KM – Bakı şəhəri, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300, tel: 012-346-08-08, 012-346-08-00.

Əlavə məlumat almaq istəyənlər 070-271-71-33 və 012-512-50-25 nömrələrinə zəng edə bilərlər.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*