Home » Şou biznes və Mədəniyyət, Ümumi » Tarkanın Bakı konsertinə biletlərin qiymətləri 100-500 manat arasında olacaq

Tarkanın Bakı konsertinə biletlərin qiymətləri 100-500 manat arasında olacaq

AgahMedia.Com portalının”SƏS” İnformasiya Agentliyinə istinadən məlumatına görə, yeni İl gecəsi Türkiyənin meqa-starı Tarkan “Baku EXPO”-da azərbaycanlı pərəstişkarları üçün konsert verəcək. Bununla bağlı konsert təşkilatçıları mətbuat konfransı keçiriblər. Konfransda təşkilati qrupunun nümayəndəsi Aydan Axundova, aparıcı İlkin Həsəni və “Baku EXPO” mərkəzinin nümayəndələri iştirak edirdi. Konfrans zamanı onlar Tarkanın Bakı konsertinin təxirə düşməsi ilə bağlı gəzən şayiələri təkzib ediblər: “Bir çox insanlar düşünür ki, konsert baş tutmayacaq. Ancaq bunlar hamısı əsasız şayiədir. Konsert baş tutacaq. KİV-də Tarkanın Bakı konsertinin təxirə düşməsi ilə bağlı xəbərlər yayılır. Guya ki, Tarkan Yeni İli Bakıda keçirməkdən imtina edib. Konsert olduqca yaddaqalan olacaq”. Təşkilatçi onu da əlavə etdi ki, bu günə qədər bir çox konsertlərdə əvvəlcədən görünməmiş şou vəd edilir. Lakin bu konsert həqiqi şouları ilə yadda qalacaq. AgahMedia.Com portalının”SƏS” İnformasiya Agentliyinə istinadən məlumatına görə, təşkilatçılar Tarkanın alacağı qonorarı açıqlamaqdan imtina ediblər. Ancaq qeyd etdi ki, o, səhnədə təxminən 90 dəqiqə olacaq. Maraqlı məqamlardan biri də odur ki, həmin gecə konserti izləyən və yeni il gecəsini qeyd edən qonaqlara göydən xüsusi kəndirlə endirilən qızlar xidmət göstərəcəklər. Özüdə qızlar kəndirdə ayaqlarından asılacaqlar. Qeyd edək ki, konsertdə səhnə tərtibatından tutmuş, salonun bəzədilməsinə qədər xidmət yüksək səviyyədə təşkil ediləcək. Tarkanla bərabər Bakıya 13 TIR gələcək. Hətta qonaqların əyləşəcəyi kreslolar da Türkiyədən gətiriləcək. Tarkan ilə bərabər “Blestyaşiy”, “Trapes” şou-rəqs qrupu, Tarkanın DJ-i Ozan Çolakoğlu və rəqqasəsi Byanka da həmin gün çıxış edəcək. Tarkan səhnədə 90 dəqiqəlik ifa nümayiş etdirəcək. AgahMedia.Com portalının”SƏS” İnformasiya Agentliyinə istinadən məlumatına görə ,biletlər 100-500 manat arasında olacaq. Bu qiymətə yemək də daxil olacaq. Konsertin aparıcısı isə məşhur teleaparıcı və şoumen İlkin Həsəni olacaq. Onu da əlavə edək ki, həmin gecə Tarkanla eyni səhnəni rusiyanın “Blestashiye” qrupu böləcək.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*