Amerikaya viza alınmasında yeni prosedurlar tətbiq ediləcək

AgahMedia.Com informasiya portalının İctimai TV-yə istinadən məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfirliyi bu il dekabrın 27-dən viza üçün yeni, təkmilləşdirilmiş müraciət və gün təyinetmə prosedurları həyata keçirəcək. Səfirlikdən bildirilib ki, bu dəyişikliyin bir hissəsi olaraq ərizəçilər viza müsahibəsinə yazılmaqdan əvvəl rüsum ödəyəcəklər. Hazırda ABŞ-ın Azərbaycandakı səfirliyində viza müsahibəsi üçün yalnız əvvəlcədən yazılmaq lazımdır və viza ərizəçiləri …