Saxtakarlıq edən sığorta agentləri ifşa ediləcək
|
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) icbari sığorta ilə bağlı endirimləri qadağan etsə də bəzi sığorta şirkətləri qanunsuz satışlara şərait yaradır. AgahMedia.Com informasiya portalının Fins.az resursuna istinadən məlumatına görə, bu barədə açıqlama verən “PAŞA Sığorta” şirkətinin idarə heyətinin sədr əvəzedicisi Əli Bayramov bildirib ki, hazırda yalnız sığorta şirkətlərinin 60 %-i qanunsuz icbari sığorta endirimlərini dayandırıb. Sığorta şirkətlərinin bir hissəsi, o cümlədən bəzi iri şirkətlər agentlərin endirimli sığorta satışlarına şərait yaradırlar.
“PAŞA Sığorta” belə neqativ halların aradan qaldırılması istiqamətində işlərə başlayıb. Ə.Bayramov bildirib ki, qadağalar qüvvəyə minən vaxtdan etibarən Palata ilə əməkdaşlıq edilir. Belə ki, şirkətdə qanunsuz icbari sığorta satışlarını təhlil etmək məqsədilə qrup yaradılıb. Qrup həm daxildə, həm də sığorta bazarında endirimli sığorta satışlarını araşdırır. Qanunsuz endirimləri davam etdirən agentlər və onların satışlarını həyata keçirən subagentlər haqqında Palataya məlumat verilir.
Ə.Bayramov bildirib ki, şirkət daxilində qanunsuz icbari sığorta satışları ilə bağlı hallar aşkarlanmayıb. Amma 10-a yaxın agent bununla bağlı “PAŞA Sığorta” ilə əməkdaşlığı dayandırıb: “Biz qadağalara əsasən endirimli satışları dayandırmışıq. Bu isə sığorta agentini qane etmir. Endirimləri davam etdirən sığorta şirkəti ilə əməkdaşlığa üstünlük verirlər. Bu isə öz növbəsində sığorta bazarında sağlam qərabətin formalaşmasına maneə yaradır”.
Şirkət rəhbəri bildirib ki, ilkin mərhələdə endirimlərin ləğv edilməsi icbari sığorta satışları ilə bağlı nisbətən azalmalara səbəb olub. Məsələn, “PAŞA Sığorta” icbari sığorta bazarında payının 2%-ni itirib. Belə ki, sığortası bitən avtomobil sahibləri vəziyyətin dəyişəcəyini güman edib hələlik avtomobillərini sığortalamırlar. Digər tərəfdən, bəzi şirkətlər qanunsuz endirimləri davam etdirir. Bu da satışlara pis təsir edir. Ə.Bayramov hesab edir ki, bu vəziyyəti cəmi bir neçə ay davam edə bilər. Çünki bütün bazar üzrə qanunsuz endirimlər dayandırıldıqdan sonra satışlar yenidən artmağa başlayacaq.
Yeni qaydalar sığorta bazarında vəziyyəti də dəyişəcək. Yəni, artıq icbari sığorta eyni qiymətə satıldığı halda, müştəri müqayisəni kefiyyət üzərində aparacaq. Nəticədə sığorta bazarında sağlam rəqabət formalaşacaq. Bu zaman əvvəlcədən agent şəbəkəsi geniş olan şirkətlər icbari sığorta ilə bağlı daha böyük bazar payı əldə edəcəklər. Əksinə, agent şəbəkəsi məhdud olan sığorta şirkətlərinin satışları isə azalacaq.
Ə.Bayramov hesab edir ki, endirimlərin ləğvi həm də sığorta agentlərinin gəlirlərini artıracaq. Əvvəl əgər özünə düşən komisyon haqqdan müştəriyə endirim etməli olurdusa, indi bu komisyon haqq özünə qalacaq. Əvvəl daha çox müştəridən qazandığı gəliri indi daha az müştəri ilə işləməklə əldə edəcək.
Bundan əlavə, müştərilər əvvəl qanunsuz endirimlə sığortanı ucuz alırdılar. Ona görə də kefiyyətli sığorta xidmətindən məhrum idilər. Ödənişlə bağlı tez-tez sığorta mübahisələri yaranırdı. Daha çox gəlir əldə edən sığorta şirkəti artıq rəqabətə görə və müştərini itirməmək üçün keyfiyyətli xidmət göstərməyə üstünlük verəcək.
İlgili
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒