Home » Biznes sfera və iqtisadiyyat, Ümumi » “Şahdağ”dakı otellərin idarəçiliyi Andorranın “PGI Management” şirkətinə həvalə olundu

“Şahdağ”dakı otellərin idarəçiliyi Andorranın “PGI Management” şirkətinə həvalə olundu

İyulun 9-da “Şahdağ” Qış-Yay Turizm Kompleksi və Andorranın “PGI Management” şirkəti arasında saziş imzalanıb. Sənədi “Şahdağ” kompleksinin direktoru Emin Həşimov və “PGI Management”in prezidenti Con Viladomat imzalayıblar. Sazişə əsasən, “Şahdağ” Qış-Yay Turizm Kompleksinin ərazisindəki “Zirvə”, “Gaya Residence” və “Shahdag Hotel&SPA” mehmanxanalarının idarəçiliyi 3 il müddətinə “PGI Management” şirkətinə verilib.
AgahMedia.Com informasiya portalının Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, 1955-ci ildən fəaliyyət göstərən “PGI Management” şirkəti Andorranın ən böyük turizm operatoru və turizm kurortlarının sahibidir. Şirkət ildə 5 milyon turistə xidmət göstərir, Portuqaliya, İspaniya, Rusiya və digər ölkələrdə mehmanxana biznesinə malikdir.
2012-ci ilin noyabrından 2013-cü ilin martında qış mövsümü başa çatanadək “PGI Management” şirkəti “Şahdağ” Qış-Yay Turizm Kompleksində texniki xidmətlərə rəhbərliyi həyata keçirib. Ötən mövsüm Andorra şirkəti əməkdaşlarının süni qaryağdırma sistemlərinin, kanat yollarının idarəsi, dağ-xilasetmə xidməti və yerli mütəxəssislərin hazırlanması sahəsində yüksək peşəkarlıq səviyyəsini göstərib. Bununla bağlı “PGI Management” şirkətinin kompleksdə fəaliyyətinin genişləndirilməsi barədə qərar qəbul olunub.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*