Home » Beynəlxalq, Texno, Ümumi » “Sərhədsiz Reportyorlar” təşkilatı “İnternetin düşmənləri” siyahısını təqdim etdi

“Sərhədsiz Reportyorlar” təşkilatı “İnternetin düşmənləri” siyahısını təqdim etdi

AgahMedia.Com informasiya portalının BBC-yə istinadən məlumatına görə, Sərhədsiz Reportyorlar təşkilatı “İnternetin düşmənləri” siyahısını tərtib edib.
Bəhreyn və Belarus Sərhədsiz Reportyorlar (Reporters Without Borders – RWB) təşkilatının hər il tərtib etdiyi “internetin düşmənləri” siyahısına daxil edilib.
Onlar internetə girişi məhdudlaşdıran, intnetdəki məzmunu senzura edən və blogerləri həb etdirən digər 10 ölkə siyahısına daxil ediliblər.
Hindistan və Qazaxıstan “Nəzarətdə olan” ölkələr sırasına daxil ediliblər.
RWB 2011 ilin internet fəalları üçün ağır il olduğunu qeyd eduir.
Hesabata əsasən ötən il 199 adam həbs edilmişdi, 2010 ilə nisbətən 31% çox.
Çin, Vyetnam və İranda internetə görə həbs edilənlərin sayı daha çoxdur.
Siyahıya yeni ölkələrin adı daxil edilib
Siyahıya Bəhreyn daxil edilib. Bu ölkədə forum moderatoru Zəkəriyə Rəşid Həsən Aprelin 9-da həbs olunandan bir neçə gün sonra məhbəsdə dünyasını dəyişib.
O, höküməti devirmək çağırışları və saxta məlumatların yayılması ittihamı ilə həbs olunmuşdu.
Belarusda bloklannmış saytların və həbs olunmuş blogerlərin sayı artıb.
Çin və Suriyanı RWB dissidentlərin istifadə etdiyi saytlara çoxlu sayta postlar yerləşdirmək üçün internet istifadəçilərini muzd işə cəlb edib blogerlərin işini əngəlləməkdə iottiham olunublar.
Nəzarətə götürülənlər
RWB “nəzarətdə olan” ölkələr siyahısına Hindistanın daxil edildiyini bildirib.
RWB hesab edir ki, Hindistanda istifadəşilərin şəxsi məlumatları milli təhlükəsizliyə qurban verilir. Qazaxıstan siyahıya Janaozen hadisələrindən sonra internetə çıxışı bağladığına görə salınıb. Avstraliya siyahıya internetə filtr qoyulduğuna görə daxil edilib.
Siyahıya hətta Fransa da düşüb, internetə qeyri-qanuni yükləmələrə görə, internetə çıxışdan məhrum edilmə cəzasına görə. Misir siyahıya blogerin həbsinə görə salınıb.
Siyahılardan heç birinə salınmasa da RWB hesabatında BMT-nin narahatlıq izhar etdiyi müəlliflik hüququ qorunmasını nəzərdə tutan “Rəqəmsal məkanı haqları” qanununa və Blackberry smartfonlarındakı messencerləri nəzarətə götürülməsinin müzakirəsinə görə. Britaniyanın adı çəkilib.

“İnternetin düşmənləri”

Bəhreyn
Belarus
Birma
Çin
Kuba
İran
Şimali Koreya
Səudiyyə Ərəbistanı
Suriya
Türkmənistan
Özbəkistan
Vyetnam

Nəzarətdə olanlar

Avstraliya
Misir
Eritreya
Fransa
Hindistan
Qazaxıstan
Malayziya
Rusiya
Cənubi Koreya
Şri-Lanka
Tailand
Tunis
Türkiyə
Birləşmiş Ərəb Əmirlikləri

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*