AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, ölkə başçısı İlham Əliyevin 50 illik yubileyinə həsr olunan «Çövkən», «Sürpapaq», «Papaq» və atüstü güləş üzrə keçirilən oyunlarda 16 rayondan komandalar yarışır. Azərbaycan Atçılıq Federasiyası və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən oyun dekabrın 22-dək davam edəcək.