Rusiyada sms qalmaqalı
|
Rusiyada “Meqafon” mobil operatoru abonentlərinin sms mesajlarının internetdə yayılmasından sonra başlayan qalmaqal daha da böyüyür. Məlum olub ki, bu mesajlar “Yandex.ru” saytı ilə yanaşı “PRM.ru” saytında da yerləşdirilib.
Qeyd edək ki, “Yandex.ru” saytı vasitəsilə “Meqafon” abonentlərinə göndərilən 8 mindən çox şəxsi mesaj axtarış portalının səhifəsində yerləşdirilib. AgahMedia.Com portalının İ TV-yə istinadən məlumatına görə, mesajların internettə yayımlanması rus mətbuatında əks-səda doğurub. Bundan sonra “Yandex.ru” saytındakı şəxsi mesajlar silinib. “Meqafon” rəsmiləri isə qalmaqala səbəb olan insidentin texniki qüsurdan qaynaqlandığını iddia edirlər. Hadisə ilə əlaqədar Rusiyada məhkəmə istintaqı başlayıb. “Meqafon” abonentləri məhkəməyə müraciət etməyə hazırlaşırlar.
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒