Rusiya İrana qarşı sanksiyaların əleyhinə olduğunu açıqladı
|
|
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Rusiya Avropa İttifaqının İrana qarşı sərt sanksiyaları əleyhinə çıxış edib. Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, BMT-nin yeritdiyindən başqa yeni sanksiyalar qəbuledilməzdir. Nazirliyin fikrincə, bu sanksiyalar İranın nüvə proqramı məsələsinin diplomatik həlli yollarını tapmaq səylərini zərbə altına alır. Xatırladaq ki, bazar ertəsi Aİ silsilə tədbirlərə dair razılıq əldə edib.Buraya İranın neft və qaz sənayesinə yatırımlara məhdudiyyətlərin qoyulması da daxildir.
Bu kontentin portalımızda yayınladığı tarix : 28/07/2010
Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒
Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒
