Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Ümumi » Bakı rus turistlərin ən çox səfər etdikləri şəhərlərin reytinqində dördüncüdür

Bakı rus turistlərin ən çox səfər etdikləri şəhərlərin reytinqində dördüncüdür

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_BAKI_Menzeresi

Rus turistlərin 2014-cü ildə MDB üzrə ən çox səfər etdikləri şəhərlərin reytinqində Bakının adı dördüncü yerdə mövqe tutub. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, ilk üçlükdə Minsk, Kiyev, və Almatı şəhərləri liderlik edir. Sonrakı yerdə Bakı, İrəvan, Daşkənd, Astana, Kişinyov, Bişkek və Brest qərarlaşıb. Əgər Gürcüstan MDB-in tərkibinə daxil olsaydı, onda gürcülərin paytaxtı Tiflis bu reytinqdə ilk beşliyə daxil olardı.

Qazaxıstanın paytaxtı Astana rusların MDB üzrə ən çox pul xərclədikləri şəhərdir. Qırğızıstanın paytaxtı Bişkek isə rus turistlərin ən az pul xərclədiləri şəhərdir. Astanada ruslar orta hesabla gündə 194 dollar xərcləyirlər. Bişkekdə isə bu rəqəm 69 dollardır. İrəvanda isə turistlər orta hesabla dörd gün qalırlar və hər mehmanxanada qaldığı günə görə təxminən 107 dollar ödəyirlər.

Tədqiqatlarda qeyd edilir ki, 2014-cü ildə rus turistlər MDB ölkələrinə orta hesabla 3 günlük səyahət edirlər və mehmanxanalara 4,2 min rubl ödəyirlər.

Statistika göstərir ki, bu il rus turistlərin 32%-i Belarusiyaya, 21%-i Ukraynaya, 17%-i Qazaxıstana, 9%-i Ermənistana, 8%-i Azərbaycana, 7%-i Moldovaya, 4%-i Özbəkistana, 2%-i isə Qırğızıstana səfər ediblər.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*