Home » Beynəlxalq, Biznes sfera və iqtisadiyyat, Sosial, Ümumi » Rubl sürətlə bahalaşır

Rubl sürətlə bahalaşır

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_Rubl

AgahMedia.Com informasiya portalının “Xəzər Xəbər”ə istinadən məlumatına görə, bu gün Rusiyada avro və dollar rubl qarşısında dəyər itirib. Moskva birjasında avronun məzənnəsi ötən ilin noyabrından bu yana ilk dəfə 60 rubldan aşağı düşüb. Avro rubl qarşısında 68 qəpik ucuzlaşaraq 59,90 rubl olub.

Ötən gün dollar Rusiyada 2015-ci il ərzində ilk dəfə 56 rubldan aşağı düşüb. Bu gün isə 1 ABŞ dolları 19 qəpik ucuzlaşaraq 55,28 rubl olub. Rusiyada son aylarda rublun məzənnəsində dollar və avroya qarşı bahalaşma qeydə alınır.

Qeyd edək ki, dollar və avronun ucuzlaşmasına səbəb həm “Brent” markalı neftin qiymətinin artması, həmçinin ABŞ-ın dolları ucuzlaşdırma siyasətidir. Hazırda “Brent” markalı neftin qiyməti 57,92 dollardır.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*