Home » Ümumi » Rusiya rublu Amerika dolları qarşısında 12% möhkəmləndi

Rusiya rublu Amerika dolları qarşısında 12% möhkəmləndi

AgahMedia_Com_Sitesinin_Resim_Albomundan_RublRusiya rublu aprel ayının ən gəlirli valyutası adlandırılıb. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, Bloomberg agentliyi bunu dünyada bütün valyutalar arasında ən yaxşı nəticə hesab edib.

Bir ay ərzində Rusiya valyutası ABŞ dollarına qarşı 12% möhkəmlənib. Dollara nisbətən bahalaşmış (103) valyutaların ümümi sayı ucuzlaşmış (52) valyutalara nisbətən aprel ayı ərzində ikiqat artıb.

Rublun dollara nisbətən mütləq minimu qeyd olunduğu 30 yanvar 2015-ci il tarixindən bu günədək Rusiya valyutası 20% çox möhkəmlənib.

2014-cü ilin nəticəsinə görə, rubl dünyanın ən zəif valyutaları sırasında idi. Bir il ərzində o ABŞ dollarına nisbətən 41%-ə qədər ucuzlaşmışdı. Bu, neftin dünya bazarında kəskin ucuzlaşması, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, həmçinin Ukraynada yaranmış vəziyyətlə bağlı olub.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*