Home » İdman, Ümumi » Ronaldo “ən yaxşı hücumçu” elan olundu

Ronaldo “ən yaxşı hücumçu” elan olundu

AgahMedia.Com_Sitesinin_Resim_Albomundan_Ronaldo

AgahMedia.Com informasiya portalının “ANS Press”ə istinadən məlumatına görə,”Real Madrid” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo İspaniya çempionatında ötən mövsümün “ən yaxşı hücumçu”su seçilib. Portuqaliyalı ulduz həmçinin, “ən yaxşı qolun müəllifi” nominasiyasında da qalib gəlib.

Çempionatın “ən yaxşı qapıçı”sı isə bu il “Levante”dən “Real”a transfer olan Keylor Navas olub. Serxio Ramos “ən yaxşı müdafiəçi”, Luka Modriç isə “ən yaxşı yarımmüdafiəçi” seçilib.

“Barselona”nın ispan yarımmüdafiəçisi Andres İnesta isə mövsümün “ən yaxşı hücüm edən yarımmüdafiəçi”si adına layiq görülüb. Rafinya isə “mövsümün sıçrayışı” mükafatınını qazanıb.

“Ən yaxşı afrikalı futbolçu” naminasiyasında “Qranada”nın Əlcəzirdən olan yarımmüdafiəçisi Yasin Braximi qalib olub. “Sevilyanın” kolumbiyalı hücumçusu Karlos Bakka isə “ən yaxşı Cənubi Amerika futbolçusu” adına layiq görülüb.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*