Home » Beynəlxalq, Maraqlı, Siyasət, Texno, Ümumi » Prezident “Twitter”dəki təqibçisinə ev hədiyyə etdi

Prezident “Twitter”dəki təqibçisinə ev hədiyyə etdi

AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Venesuellanın prezidenti Uqo Çavesin sosial şəbəkə saytı “twitter”dəki 4 milyonuncu təqibçisinə ev hədiyyə edildi. Məlumata görə, 20 yaşlı Alemar Rosnati Ximenes Ruis ölkə rəhbəri Kubadan Venesuelaya qayıtdığı gün onun sosial şəbəkədəki 4 milyonuncu təqibçisi olub.
Qeyd edək ki, gənc xanımın hədiyyəsini prezidentin müavini Nikkolas Maduro Venesuella dövlət telekanalının canlı efirində təqdim edib. Mükafatı ölkə prezidentinin adından verdiyini deyən Maduro Uqo Çavesin Barak Obamadan sonra ən çox “twitter” təqibçisi olan dövlət başçısı olduğunu vurğulayıb.
Şanslı qızın ailəsinin hökumətin yoxsul ailələr üçün hazırladığı “Gran Mision Vivienda” (Böyük mənzil missiyası) layihəsi çərçivsində ev növbəsində olduğunu deyən Maduro tanrının lütfü ilə bu prosesin daha sürətlə həyata keçdiyini bildirib.
Alemar Rosnatinin təqibçisi olduqdan sonra Çavesin səhifəsinə “Hər zaman tanrıya sənin üçün dua etdim. Tanrıya güven. O səni sağaldacaq. Hər zaman səni sevəcəyəm” – yazdığı bildirilir.

Bu kontentin portalımızda yayınladığı tarix :

Ucuz təyyarə biletləri və sərfəli otellər burda... ⇒

Sərfəli qiymətlərə satılıq evlər, torpaqlar və obyektlər ... ⇒

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

*